Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / “Səhiyyə Nazirliyi sağlam bir gənci öldürən həkimi niyə qoruyur?”

“Səhiyyə Nazirliyi sağlam bir gənci öldürən həkimi niyə qoruyur?”

Sentyabrın 14-də saat 11 radələrində 1992-cı il tarixdə Ucar rayonunun Qazyan kəndində anadan olmuş Ələkbərov Rəhim Polad oğlu Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsində dünyasını dəyişib. Bu barədə sayta danışan mərhumun qohumu Azər Purqafari bildirdi ki, R.Ələkbərov səhər soyuqlama və yüngül qızdırmadan Ucar RMX-nin təcili yardım şöbəsinə gəlib. Orda sistem vurulduqdan sorna halı pisləşib və dünyasını dəyişib.img-20160914-wa0029

O, xəstənin ölümündə şöbə müdiri Ramil Əliyevi və baş həkim Zeynal Bayramlını günahlandırıb. Onun sözlərinə görə, Yevlaxdan gələn həkimlərlə birlikdə mərhumun cəsədi təşrih olunub və hazırda Məhkəmə-Tibbi Ekspertizasının rəyi gözlənilir. “Ucar Rayon Prokurorluğu işi araşdırır. İdmançı və heç bir xəstəliyi olmayan bir gənci qısa zamanda ölümə sürüklədilər. Yaxın zamanlarda onun anası mətbuat konfransı keçirəcək”, – deyə A.Purqafari əlavə etdi.

Səhiyyə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Nazirlik əməkdaşı Səfayə Əhmədova bildirdi ki, hazırda prokurorluq araşdırma aparır deyə, geniş məlumat verilə bilməz.

“Bir gün əvvəl xəstə kəskin tənəffüs çatışmazlığı və hərarətlə xəstəxanaya gətirilib. Lakin, valideynlərinin təkidi ilə xəstəxanada qalmayıb, ambulator yardım göstərildikdən sonra evə aparılıb. Hadisə baş verən günün səhəri yenidən ağırlaşdırılmış vəziyyətdə xəstəxanaya gətirlib. Ondan sonra xəstəni xilas etmək mümkün olmayıb”, – deyə S.Əhmədova bildirdi. Biz mərhumun qohumundan S.Əhmədovanın sözlərini şərh etməyi xahiş etdik.

“Tamamilə yalan məlumatdır. Onun heç bir ciddi problemi olmayıb. İdmançı oğlan idi, Dağıstan Universitetində təhsil alır, ora getməyə hazırlaşırdı. Azca soyuqlaması var idi, dostları ilə geyim alandan sonra gediblər təcili yardım şöbəsinə. Ramil həkim dalbadal iki sistem vurub, ondan sonra bu vəziyyətəimg-20160914-wa0028 düşüb.  Rəhim Ələkbərovun bir gün qabaq təcili yardıma gətirilməsi barədə açıqlama həqiqətə uyğun deyil və həkimləri müdafiə etməyə hesablanıb”, – deyə A.Purqafari bildirdi. Rəhim Ələkbərovun qohumu Canbaba Baxışovun sözlərinə görə, Ucar RMX-də sonradan Rəhim Ələkbərovun adını kitaba salaraq, guya gecə 02:30-da gətirildiyini qeyd ediblər.

“Ramil doktor deyir ki, guya Rəhim vərəm olub. Halbuki, tamamilə sağlam idi. Biz Cənab Prezidentdən xahiş edirik, bu məsələni nəzarətə götürsün”, – deyə C.Baxışov vurğuladı.

Sentyabrın 17-də saytla əlaqə saxlayan Ucar sakini, mərhum Rəhim Ələkbərovun dayısı Nazim Orucov bildirib ki, saytımızda gedən yazıdan sonra, Rəhimin anası Həqiqət Ələkbərovadan hadisə ilə bağlı bütün təfərrüatı dəqiq soruşub.

“Onlar bir gün əvvəl xeyir işdə olublar, axşam saatlarında evə gələrkən, Rəhim deyib ki, “ana, azca soyuqlamışam, oynaqlarım ağrıyır, bir dərman al, evdə vurarsan”. Anası tibb bacısıdır. Onlar “İlhamın apteki” deyilən aptekə gediblər, amma aptek işçisi onlara məsləhət görüb ki, hansı dərmanı alacaqlarını həkimlə məsləhətləşsinlər. Gecə təxminən 12 olanda gediblər Ramil doktorun yanına, Həqiqət xanım ondan bir həmkar kimi xahiş edib ki, Rəhimə baxsın. O da deyib ki, sabah gələr analiz verər. Ondan sonra evə gəliblər. Heç bir iynə vurdurma, kitaba salma olmamışdı. Lakin növbəti gün saxtakarlıq ediblər, eşitdiyimə görə, gecə 2-3 arasında gəlməsi haqqında kitaba qeyd salıblar. Bu, tamamilə yalan məlumatdır”, – deyə mərhumun dayısı bildirib.

Onun sözlərinə görə, həmin axşam həkim Ramil Əliyev içkili olub: “Rəhim anasına deyib ki, ana, ondan gələn araq iyi məni öldürdü… Səhəri gün gəliblər analizlər üçün. Analizin cavabı saat 1-də çıxmalıydı, Ramil doktor isə onu yatızdırıb sistemə. Rentgen cavablarında yüngül soyuqdəymə olduğu halda, Ramil Əliyev deyir ki, guya Rəhimdə vərəm olub. Birinci sistemi vurub, sonra bacımı göndərib ikinci sistem almağa. Bacım deyir ki, qayıdanda gördüm, Rəhim oturub öskürür: “Həkim soruşdu ki, evdə də öskürür? Dedim yox. İkinci sistemdən 20-25 qram getmişdi ki, Rəhimin ağzından köpüklə qan gəlməyə başlayıb, sonra apardıq reanimasiyaya”. Ordan da, Ramil doktor qaçaraq aradan çıxıb. İkinci sistem hazırda prokurorluqdadır”.

N.Orucov mərhumun atası Polad kişinin onkoloji xəstə olduğunu deyib: “Rəhim tək oğul idi, ona görə də, Rəhimin üstündə çox əsirdik, tez-tez müayinə olunurdu. Özü də Naxçıvanda hərbi hissədə keçirilən yarışlarda birinci yer tutmuşdu, sağlam uşaq idi. Hərbi xidmət zamanı da sağlamlıq problemi olmamışdı. Adi bir soyuqdəyməni Ramil doktor ölüm hadisəsinə çevirdi. Mən anlamıram, Səhiyyə Nazirliyi sağlam bir gənci öldürən həkimi niyə qoruyur? Zakir Qaralovdan xahiş edirəm, Rəhim Ələkbərovun ölümüylə bağlı aparılan işi öz nəzarətində saxlasın. Ekspertizadakı məsul şəxslərdən də xahiş edirəm, obyektiv rəy çıxarsınlar… Bu gəncin qanını yerdə qoymaq olmaz. O cinayətkar Ramil Əliyev hələ də azadlıqda gəzir”. Qafqaznews.az

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın