Cümə axşamı , İyul 29 2021
Ana səhifə / Media / Şəhid jurnalistlərə şeir yazıldı

Şəhid jurnalistlərə şeir yazıldı

Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşərək həlak olan media əməkdaşları – Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimova şeir həsr olunub.

Şeirin müəllifi Elşad Baratdır.
Həmin şeiri təqdim edirik:

Salam, alın yazısıZəfər üstə qəm şəhid.
Salam, jurnalist adam,
Silahı qələm şəhid.

Sən yazı adamısan,
Susa biləcəksənmi?
Öz başına gələni,
Yaza biləcəksənmi?

Yazma! “Vətən” yazından,
Qiymətini almısan,
Bu dəfə tarix yazıb,
Tarixə yazılmısan.

Yazılmısan şəhidlik,
Zirvəsinə əbədi,
Zəfər şəhidlərinin,
Xəbər şəhidi kimi.

Sağ ol, salam deyərsən,
Şəhid qəhrəmanlara,
Qayalara dırmanıb,
Şuşanı alanlara.

Deyərsən, qayıdırıq,
Doğma yurda, bizimdi.
Deyərsən, Xankəndi də,
Zəngəzur da bizimdi.

Həmçinin oxuyun

Bloger Rusiya pasportu ilə Qarabağa buraxıldı – VİDEO

Rus bloger Sergey Vasilyev öz dostu ilə Rusiya pasportu ilə Qarabağa keçə bilib. O, dostu …