Bazar , Oktyabr 25 2020
Ana səhifə / Media / Şəhid dəfnində şou göstərən “jurnalist”lə bağlı açıqlama

Şəhid dəfnində şou göstərən “jurnalist”lə bağlı açıqlama

Şəhidin dəfnində şəkil çəkdirməsi ilə gündəmə gələn Rəşad Borcəli ilə bağlı daha bir məlumat yayıldı. 

Sözügedən şəxsin “Azərbaycan Reallığı”nın əməkdaşı olması ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılır. 

“Azərbaycan Reallığı”nın rəhbəri Dəyanət Babayev bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Sosial şəbəkələrdə şəhidmizin dəfni zamanı, bayraqla süni ağlamaq xarakterli foto çəkərək paylaşan şəxs Rəşad Borcəli, “Azərbaycan Reallığı” saytı və səhifəsinin işçisi olması ilə bağlı olan məlumatlar həqiqəti əks etdirmir.  Nəzərinizə çatdırım ki, Rəşad Borcəli bir müddət mənimlə əməkdaşlıq edib, lakin fəaliyyətində baş verən qüsurlara görə, 6 aya yaxındır ki, Azərbaycan Reallığı səhifəsi və saytının adı çəkilən şəxslə heç bir əlaqəsi yoxdur. Onu da  bildirim ki, bu sayt və səhifədə özümdən başqa nə işçi var, nə də əməkdaş. Xahiş edirəm bunu, belə həssas mövzu haqqında yazarkən, nəzərə alın!”

Həmçinin oxuyun

Sosial şəbəkə istifadəçilərinə və KİV nümayəndələrinə XƏBƏRDARLIQ

2020-ci il sentyabrın 27-dən başlayaraq cəbhənin bütün istiqamətlərində Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatlarını davam etdirərək …