Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Media / Şəhid ailəsinin evi külə döndü – Foto

Şəhid ailəsinin evi külə döndü – Foto

Xaçmaz rayonunda şəhid ailəsinə məxsus fərdi yaşayış evi yanıb.

Hadisə rayonun Qarğalıq kəndində baş verib. Belə ki, həmin kənddə yaşayan Cavid Hilal oğlu Tağıyevə məxsus ikimərtəbəli fərdi yaşayış evi yanaraq külə dönüb. Yanğın zamanı xəsarət alan olmasa da 6 otaqlı yaşayış evi əşyaları ilə birlikdə tamamilə yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xaçmaz Yanğından Mühafizə Xidmətinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. İlkin ehtimallara görə, yanğın elektrik naqillərində qısaqapanmadan baş verib.
Faktla bağlı araşdırma aparılır. (Report)

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın