Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Media / Şəhid ailəsinə mənzil verildi

Şəhid ailəsinə mənzil verildi

Gəncədə şəhid ailəsinə mənzil verilib.

Bu ilin aprel ayında Ermənistan silahlı qüvvələrinin təxribatını dəf edən zaman şəhid olan zabit Quliyev İnqilab Çingiz oğlunun ailəsi mənzillə təmin olunub.

İkiotaqlı mənzilin açarını Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəhidin 5 yaşlı oğlu Hüseyn Quliyevə təqdim edib. İndiyədək kirayədə yaşayan şəhidin iki oğlan övladı artıq Gəncədə hərbçilər üçün salınan yeni şəhərcikdəki mənzildə yaşayacaq.

İctimaiyyət nümayəndələrinin də iştirak etdiyi təqdimetmə mərasimində E.Vəliyev bildirib ki, İ.Quliyevin ailəsinə verilən mənzil yaşayış üçün lazım olan bütün avadanlıqlarla təchiz olunub. Bütün şəhid ailələrinə dövlət tərəfindən hər cür diqqət və qayğı göstərildiyini vurğulayan icra başçısı küçəyə şəhidin adının verildiyini də qeyd edib. (APA)

Həmçinin oxuyun

Əli Həsənovun jurnalisti şantaj etməsinə reaksiya: “Görün, qafası dünən necəymiş…“

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun adı ətrafında növbəti dəfə qalmaqal yaranıb. Belə ki, Həsənov bu …

Bir cavab yazın