Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Şəhid ailəsi illərdir Xətai RİH tərəfindən süründürməçiliyə məruz qalıb?

Şəhid ailəsi illərdir Xətai RİH tərəfindən süründürməçiliyə məruz qalıb?

Bu günlərdə sayta Xətai rayonu, Zığ yolu ,31 mənzil 34 ünvanında yaşayan Abidə Manaf qızı Əliyeva müraciət edib. “Mənim mərhum həyat yoldaşım Elçin Əli oğlu Əliyev1992-ci il iyun ayında Naxçıvanik kəndində gedən döyüşlərdə şəhid olub. Ondan yadigar qalan iki oğlum Əli və Elvini təkbaşına böyütmüşəm. Yaşadığımız ərazidə şəhid Elçin Əliyevin adına küçə də var. Övladlarımın gələcəyi üçün nəyəsə nail olmaq naminə, 1998-ci ildə Xətai Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etdim və şəhid ailəsi olaraq, bizə rayon ərazisində münasib bir torpaq sahəsi ayrılmasını xahiş etdim. Xati RİH-in sabiq baş memarı Hidayət Şaxtanski mənə təklif etdi ki, Nəsrəddin Tusi 18 ünvanındakı bina ilə üzbəüz (2942 “V” Məhəllə) 0,1 ha torpaq sahəsini götürüb, orda avtomobil dayanacağı yaradım.

6 iyun 1998-ci ildə mənə ərazinin çizgisini və sabiq Xətai RİH başçısı Gündüz Cəlilovun imzası ilə olan məktubu verərək, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə aparmağı tapşırdılar. Hidayət Şaxtaxtinski mənə dedi ki, sənə Bakı ŞİH-dən sərəncam veriləcək. Mənə təklif olundu ki, kiçik müəssisə yaradım. Bu tövsiyə əsasında “Əli” kiçik müəssisəsi yaradıb Ədliyyə Nazirliyində qeydiyyata keçirdim. Bakı Şəhər İcra Hakimiyyətindən məni bir neçə il boyunca get-gələ saldılar, bütün lazımi sənədləri hazırlayıb versəm də, hələ də müvafiq sərəncamı əlimə ala bilməmişəm. Ondan sonra, mənim ailə problemlərimə görə başım qarışdı, bir də xəbər tutdum k20141004_131343-1i, həmin ərazi çəpərlənib. Sonra öyrəndim ki, bu torpaq sahəsi 2004-cü ilin fevralın 23-də Əliyeva Elmira Hacıbala qızının adına özəlləşdirilib. Hazırda həmin ərazidə “Cavadxan RB” adlı şirkətin adından bina inşa olur. Dəfələrlə aidiyyatı olan qurumlara və məhkəmə instansiyalarına müraciət etsək də, nə mülkiyyət hüquqlarımız bərpa olunub, nə də kompensasiya ala bilmişik.

Sizdən xahiş edirəm, bu məsələnin ictimailəşdirilməsi və həllini tapmasında bizə dəstək olasınız”, – deyə A.Əliyeva müraciətində bildirib.13220021_994142310652011_1804001065_n-1-1-3-1

Sayt Xətai RİH-in baş memarı Vadim Surxayevin də fikrini öyrənməyə çalışıb, lakin V.Surxayev “onu bir daha narahat etməməyi” xahiş edərək dəstəyi asıb. Xətai RİH başçısının müavini Zaməddin Əkbərov isə məsələni belə şərh edib: “Həmid Xətai RİH-dəki Şahtaxtinski vəzifəsini çoxdan tərk edib. 1998-ci ildə şəhid ailələri mənzil tələb edirdilər, torpaq yox”.etimad-esedov “Qarabağ qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov isə bildirib ki, Azərbaycanda şəhid ailələrinin mülkiyyətinin zəbt olunması adi hala çevrilib. Abidə Əliyevanın problemi ilə bağlı sayta danışan Şəhid ailələri, Əlillər və Müharibə Veteranlarının Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Tahir Məmmədov bildirdi ki, məsələ ilə bağlı dəfələrlə müxtəlif dövlət qurumlarına müraciət olunub.

“Bu ailənin mənzil problemi də var. Abidə xanım uzun illərdir övladları ilə birlikdə yaşadıqları və qeydiyyatda olduqları mənzili rəsmi olaraq özəlləşdirmək istəyir, amma neçə ildir ki, naməlum səbəblərdən ona imkan verilmir, süründürməçiliyə salırlar. Şəhid ailəsinin hüquqları Xətai RİH-lə DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən pozulur. Bu iki quruma dəfələrlə müraciət etməyimizə baxmayaraq, onlar günahı bir-birinin üzərinə atırlar”, – deyə T.Məmmədov vurğulayıb. Qafqaznews.az

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın