Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Rüşvət videosuna görə işdən çıxarılan həkim müdir oldu — VİDEO

Rüşvət videosuna görə işdən çıxarılan həkim müdir oldu — VİDEO

Şəki Regional Perinatal Mərkəzinin direktoru: “İmtahandan uğurla keçmişəm”

2014-cü ildə qalmaqallı rüşvət videosuna görə işdən azad edilən Sabirabad Rayon Perinatal Mərkəzin direktoru Vüsal Məmmədova yeni vəzifə verilib. O, Şəkidəki Regional Perinatal Mərkəzə müdir təyin olunub.

Azinforum.az  xəbər verir ki, bu barədə ANS PRESS-ə Şəki Mərkəzi Rayon Xəstəxanasından məlumat veriblər. V. Məmmədov artıq bir müddətdir ki, işinin icrasına da başlayıb.

Yeni vəzifəyə təyin edildiyini təsdiq edən Vüsal Məmmədov ANS PRESS-ə açıqlamasında bildirib ki o, nazirlik tərəfindən keçirilən imtahanda uğur qazanaraq bu vəzifəyə təyin edilib.

2014-cü ilin may ayında Sabirabad Perinatal Mərkəzinin aidiyyəti şəxslərinin öz işlərində bir sıra nöqsanlara yol verdikləri aşkarlanaraq V.Məmmədovun işdən azad edilməsi, bir müddət sonra bu vəzifəyə təyin edilməsinə Səhiyyə Nazirliyindən aydınlıq gətirdilər.

Nazirliyin mətbuat xidmətindən bildirdilər ki, Vüsal Məmmədov nazirliyin təyin etdiyi imtahanda müvafiq müvəffəqiyyət əldə edərək bu vəzifəyə təyin edilib: “Onu deyə bilərik ki, nazirlik imtahan keçirməzdən əvvəl imtahanda iştirak edən hər bir vətəndaşdan onun keçmişi barədə məlumat toplayır. V. Məmmədovun keçmişinə dair məhkəmə qərarı olan heç bir müddəa aşkar edilməyib. Ona görə də, onun bu vəzifəni tutmasında heç bir narahatedici məqam yoxdur”, – deyə nazirliyin mətbuat xidmətindən bildirdilər.

Xatırladaq ki, iki il öncə, aprel ayının 23-də Sabirabad Rayon Perinatal Mərkəzində çəkilən video sosial şəbəkələrdə geniş müzakirə mövzusuna səbəb olub. Videoda Sabirabad Rayon Perinatal Mərkəzin direktoru Vüsal Məmmədovun xəstə yaxınlarından rüşvət tələb etməsi açıq görünür. “Pul yoldaşlıqda, dostluqda keçmir. Qalan şeylərdə pul keçir. Mənə də pul lazımdır. Axı mənim də həmkarlarım var. Onlarla da mənə verilən pulu bölüşürəm. Polis də, hakim də dar ayaqda hamısı həkimə müraciət edir”, – Vüsal Məmmədov deyir.

Məsələ ilə bağlı Vüsal Məmmədov açıqlamasında videonu görmədiyini bildirmişdi: “Videonu görməmişəm. Ona görə də heç bir söz deyə bilmərəm. Ola bilsin, video montajdır”.

Sabirabad Perinatal Mərkəzinin direktoru Vüsal Məmmədov rüşvət videosu yayıldıqdan qısa müddət sonra vəzifəsindən azad edilmişdi.

Həmin hadisədən bir neçə gün əvvəl isə Sabirabad Rayon Perinatal Mərkəzin direktoru Vüsal Məmmədov Rzayeva Alidə Ağalar qızı üzərində qeysəriyyə əməliyyatı keçirmiş, əməliyyatdan sonra Alidə Rzayeva dünyasını dəyişmişdi.

 

 

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın