Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Media / Rusiyanın peyk televiziya operatoru Azərbaycan bazarına girmək istəyir

Rusiyanın peyk televiziya operatoru Azərbaycan bazarına girmək istəyir

Rusiyanın peyk televiziya operatoru olan “Orion Ekspress” şirkəti Azərbaycan və Ermənistan bazarına çıxmağı planlaşdırır.

“Report”un məlumatına əsasən, şirkət Cənubi Qafqaz regionunda 2017-ci ildən fəaliyyətini genişləndirmək niyyətindədir. Bundan başqa, şirkət Qazaxıstan və Ukrayna bazarı ilə maraqlanır. Lakin Ukrayna ilə siyasi vəziyyət, Qazaxıstanda isə bu bazarın tənzimlənmə qaydaları şirkətin bu planlarına çətinlik törədir.

Qeyd edək ki, 2016-cı ilin yazında “Orion Ekspress” və Gürcüstanın “Super TV” MMC-si bu ölkənin ərazisində peyk televiziya yayımına başlayıb. 2016-cı ilin ikinci yarısında layihəyə 500 abunəçi qoşulub.

“Orion Ekspress”in maliyyə gəlirləri 2016-cı ildə 3,5 mlrd. rubl təşkil edib. Bu, 2015-ci ilin göstəriciləri ilə müqayisədə 2% çoxdur. Şirkətin il ərzində abunəçi bazası 5% artaraq təxminən 3 000 ev təsərrüfatı səviyyəsinə çatıb.

Həmçinin oxuyun

Azərbaycanda daha bir qəzet fəaliyyətini dayandırıb

Bakı şəhər Baş Polis İdarəsinin orqanı olan “Polis” qəzeti fəaliyyətini dayandırıb. Qəzet 1993-cü ildən həftədə …

Bir cavab yazın