AzNews.az xəbər verir ki, studiya Azərbaycan xalçaları ilə bəzədilib, dairəvi yarış masasına Azərbaycan milli mətbəxinə aid olan şirniyyatlar, quru meyvələr, nar düzülüb.

Aparıcı Leonid Yakuboviçin xanım köməkçiləri Azərbaycanın milli geyimləri ilə göz oxşayıb. Verilişin aparıcısına onun portreti olan xalça, “Qarabağ” futbol klubuna aid olan futbolka və oyunçuların imzası olan top, müxtəlif meyvələrdən hazırlanmış mürəbbələr və neft hədiyyə edilib.

Veriliş zamanı xalqımızın çayla bağlı müxtəlif adət-ənələri təbliğ edilib, “Armudu” rəqsi ifa edilib, armudu stəkanda iki rəngli çay təqdim olunub. Xüsusi diqqət çəkən məqam isə musiqiçilərimizin milli musiqi alətlərimiz olan nağara və zurnada xalq rəqslərimizi ifa etməsi olub.

Yarışın iştirakçılarından biri olan əməkdar artist, şoumen, prodüser Murad Dadaşov parlaq oyun nümayiş etdirərək, Super oyunun qalibi olub.