Cümə axşamı , Aprel 18 2019
Ana səhifə / Media / Rusiyalı iş adamının Xoşqədəm Hidayətqızı və tanınmış neyrocərrah Əliosman haqqında şok etirafları

Rusiyalı iş adamının Xoşqədəm Hidayətqızı və tanınmış neyrocərrah Əliosman haqqında şok etirafları

Kazım Məmmədov 1980-ci ildən Rusiyanın Tümen şəhərində yaşayır və biznes fəaliyyəti ilə məşğul olur. Ötən 2 ildə o, ayağında zəiflik və yerişində çətinlik hiss etməyə başlayıb. Bununla əlaqədar olaraq Tümendə, Moskvada, Rusiyanın bir çox böyük xəstəxanalarında müayinədən keçsə də, ona dəqiq diaqnoz qoyulmayıb. Sonra Moskvada yerləşən xəstəxanalardan birində ona belində problem olduğu deyilib və qeyd edilib ki, əməliyyat olunmalıdır. Amma Kazım Məmmədov bununla razılaşmır və Almaniyada da müayinə olunmaq qərarına gəlir. Burada isə ona deyilir ki, səhhətindəki problem beli ilə deyil, boynu ilə əlaqəlidir. Getdikcə onun əlləri də tutulmağa başlayır. Bu səbəblə sə Almaniyada əməliyyat olunmaq qərarına gəlir. Münhendə yerləşən xəstəxananın həkimləri ona deyir ki, əlində və ayaqlarında zəiflik, hətta əlil olmaq ehtimalı var.

Əməliyyatın çətinliyi və deyilən sözlərə görə tərəddüd edirdim. Bir gün Xoşqədəm Hidayətqızının verilişində gənc neyrocərrah Əliosman Qədimbəylini gördüm. O mənim kimi bir nəfəri əməliyyat etmişdi. Təxminən 5 il gəzə bilməyən xəstə əməliyyatdan sonra gəzməyə başlamışdı, mən də onun qəbuluna yazıldım, amma Rusiya və Almaniyada həkimlərin mənə dedikləri ilə bağlı ona heç bir məlumat vermədim. Bir növ onu sınamaq istəyirdim. Doktor məni dinlədi, müayinə etdikdən sonra dedi ki, sənin problemin boynundan qaynaqlanır. Sənin boyun feqerelerinde onurğa kanal darlığı stenoz və bunun fəsadı mieolopatiya var. Mən heyrətə düşmüşdüm, çünki o mrt-yə baxmadan Almaniyada qoyulan ilkin diaqnozu mene dedi. Sonra məni mrt müayinəsinə göndərdi. Mənim boynumun 4,5,6 fəqərəsində kanal darlığı, eyni zamanda mielopatiya var idi. Bununla Almaniyadakı diaqnoz da təsdiqləndi. Əməliyyat tövsiyyə olundu. 2 saata yaxın davam edən əməliyyatdan sonra əlimdə və ayağımda yüngüllük hiss edirdim. Bir gün sonra isə ev, getdim. Bu gün fəxr edirəm ki, mənim ölkəmdə bu cür gənc, ixtisaslaşmış həkimlər var. 80-ci illərdən Tümendə yaşamağa başlayandan qohumlarım hər zaman Rusiyaya gəlirdi, amma artıq mən qohumlarıma Əliosman doktoru tövsiyyə edirəm. Xoşqədəm xanıma, Əliosman həkimə və “Medera” klinikasının rəhbərliyinə təşəkkür edirəm.

Azinforum.az

Həmçinin oxuyun

Azərbaycanda dəhşət: kosmetoloq qızın burnunu çürütdü – FOTO

Bir müddət öncə 29 yaşlı qadın bölgələrdən birində xidmət göstərən kosmetoloqa müraciət edərək burnuna filler dolğu …