Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Media / Rusiyada xaricdən maliyyələşən KİV-in fəaliyyəti dayandırılır – casus elan olundular -VİDEO

Rusiyada xaricdən maliyyələşən KİV-in fəaliyyəti dayandırılır – casus elan olundular -VİDEO

Rusiya Dövlət Duması xaricdən maliyyələşən Kütləvi İnformasiya Vasitələrinin casus elan olunmasını nəzərdə tutan qanunu qəbul edib.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, sənəd xarici ölkələrdə qeydiyyatdan keçmiş, Rusiya ərazisində hüquqi öhdəlik daşımayan kütləvi informasiya vasitələrinə şamil olunur.
Qanuna əməl olunmasına nəzarəti Ədliyyə Nazirliyi həyata keçirəcək.
Qeyd edək ki, sənədin qəbul edilməsi Rusiyaya aid telekanalların ABŞ ərazisində yayımının dayandırılması ilə bağlı rəsmi Vaşinqtonun təşəbbüsünə cavab xarakteri daşıyır.

Həmçinin oxuyun

Sosial şəbəkə istifadəçilərinə və KİV nümayəndələrinə XƏBƏRDARLIQ

2020-ci il sentyabrın 27-dən başlayaraq cəbhənin bütün istiqamətlərində Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatlarını davam etdirərək …