Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Rusiya telekanalında aparıcı və ukraynalı politoloq arasında dava olub

Rusiya telekanalında aparıcı və ukraynalı politoloq arasında dava olub

Rusiyanın NTV telekanalında canlı yayımlanan “Mesto vstreçi” (Görüş yeri) proqramında aparıcı Andrey Norkin və ukraynalı politoloq Dmitri Suvorov arasında əlbəyaxa dava olub.

APA-nın xəbərinə görə, insident Ukraynanın Donbas bölgəsindəki vəziyyətin müzakirəsi zamanı baş verib.

Belə ki, Donbasa səfər etmiş almaniyalı deputat Andreas Mauer bölgədə münaqişə nəticəsində yüzlərlə uşağın öldüyünü iddia edib. Buna sərt reaksiya verən ukraynalı politoloq Dmitri Suvorov ölən uşaqların şəkillərini təqdim etməyi tələb edib. Aparıcı Andrey Norkin politoloqa yaxınlaşaraq onun çiynindən tutub və bu zaman onların arasında dava düşüb. Davaya bir neçə şəxsin də qoşulduğu bildirilir.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …