Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Rusdilli uşaqları təhqir edən jurnalist işindən kənarlaşdırıldı

Rusdilli uşaqları təhqir edən jurnalist işindən kənarlaşdırıldı

Azvision.az saytının əməkdaşı Hafiz Əhmədov işdən kənarlaşdırılıb. Buna səbəb onun sosial şəbəkədə rus dilində təhsil alan və şəhərdə rusca danışan uşaqlara qarşı yazdığı xoşagəlməz, təhqiramiz səciyyəli statusdur.

Aşağıda həmin statusu təqdim edirik:

Qeyd edək ki, sözügedən saytın baş redaktoru Vüsal Məmmədov mövzuyla bağlı sosial şəbəkədə ayrıca status yazaraq əməkdaşını müdafiə edib. Həmin status da belədir:

“AzVisionun əməkdaşı Hafiz Əhmədovun rusdilli uşaqlarla bağlı yazdığı (və qısa müddət sonra redaksiyanın məsləhtilə sildiyi) status haqlı olaraq sosial şəbəkədə qəzəb dalğasına səbəb olub. Bunu başa düşürəm, haqq da verirəm. Amma eyni zamanda, illərdir Hafizin yazılarını redaktə edən adam kimi bilirəm ki, onun demək istədiyi bu olmayıb. O, səmimi, kövrək, amma həm də sadəlövh, bir az köntöy və politkorrekt olmağı bacarmayan bir gəncdir. Azərbaycanda körpə uşaqların öz dilini bilməməsi doğrudan da çox pisdir, bu, hamımızı ciddi narahat etməlidir, amma həmin narahatlığı Hafiz kimi ifadə etmək də əsla və qətiyyən olmaz!!! Heç onun özü də yazdığı kimi düşünmür, reallıqda çox həssas bir insandır. AzVision-da xeyli rusdilli şəxs çalışır, onlara hamımız sevgi və sayğı ilə yanaşırıq. Mən özüm indidən yaş yarımlıq qızımın yanında rusca danışıram, onu rus bağçasına qoymağı planlaşdırıram. Çox xahiş edirəm, Hafizin yazdığını bir anlaşılmazlıq kimi qəbul edin. Mən həm onun, həm də özümün, lazımdırsa, bütün kollektivin adından üzr istəyirəm və xahiş edirəm ki, bu mənasız anlaşılmazlığı unudasınız, kampaniyaya çevirməyəsiniz. Çünki olmayan bir problem haqqında hətta danışmağın belə, mənası yoxdur”.

Bununla belə, görünür, gənc həmkarımızın buraxdığı səhvin əks-sədası o qədər güclü olub ki, onu sona qədər müdafiə etmək mümkün olmayıb. Saytın baş redaktoru Vüsal Məmmədov Hafiz Əhmədovun işdən kənarlaşdırılması xəbərini Musavat.com-a tsdiq edərək bildirib ki, əslində Hafiz həlim, kövrək gəncdir, sadəcə çox emosionaldır.

Həmçinin oxuyun

Miyatoviç Azərbaycan hakimiyyətini ifadə azadlığını boğmaqda günahlandırır

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Azərbaycanda jurnalistlərə və fəallara qarşı “artan repressiyalardan” …