AzNews.az Anadolu agentliyinə istinadən xəbər verir ki, qərara əsasən, Matrax proqramının beş buraxılışına qadağa qoyulub, həmçinin ən üst səviyyədə maliyyə cəzası verilib. Belə ki, radio maxsimal gəlirinin 5 faizi qədərində cərimələnib.

Qeyd edək ki, cəzaya səbəb, 2018-ci il yanvarın 16-da 22.00-01.00-arası Zeki Kayahan Coşkunun efirə gedən Matrax verilişi olub.

RTÜK radionun rəhbərliyinə bu halın bir də baş verəcəyi halda yayımın 10 günlük kəsiləcəyinə dair xəbərdarlıq da edib. Əgər Show Radyo proqramın belə buraxılışını təkrarlamağa qərar verərsə, radiostansiyanın lisenziyası ləğv ediləcək.