Bu barədə müştəri sosial şəbəkələrdə məlumat yayıb.

O, restoranda əvvəlcədən məlumat verilmədiyi ödənişli xidmətlərin hesabı barədə sonda qəbzdə tanış olduğunu qeyd edib. Müştəri bildirib ki, musiqiyə görə ondan 32, ofisant xidməti üçün isə 19 manat əlavə pul tələb olunub. Müstəri həmin çekin şəkilini də paylaşıb.

Məsələ ilə əlaqədar restorandan münasibət öyrənməyə çalışsaq da, cavabdeh şəxslər məsahibədən yayındılar. Burada əlavə xidmətlərə görə ödəniş barədə məlumatların izinə də rastlamadıq. Bu barədə nə menyuda hər hansı qeyd, nə də əlavə məlumat lövhəsi gözə dəydi.

Ekspert Sabit Məmmədov xidmət və iaşə obyektlərində qiymətlərin xidmətlərə uyğun tənzimlənməsini, bunların hər hansı formada mütləq qeyd olunmasının vacibliyini vurğuladı.

Sabit Məmmədov belə hallarla qarşılaşdığı təqdirdə, istehlakçların aidiyyatı üzrə müraciət hüquqlarının olduğunu qeyd edir.

Müştərinin müraciətinə 3 gün ərzində cavab veriləcək.