Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Media / Respublika Seysmoloji Xidmət Mərkəzi zəlzələ ilə bağlı məlumat yayıb

Respublika Seysmoloji Xidmət Mərkəzi zəlzələ ilə bağlı məlumat yayıb

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi ölkə ərazisində baş verən zəlzələ ilə bağlı məlumat yayıb.

“Report” xəbər verir ki, məlumatda yeraltı təkanların Saatlı rayonu ərazisində qeydə alındığı bildirilir.

“İlkin məlumatlara əsasən, yerli vaxtla saat 07:24-də Saatlı rayonu ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində isə 4-3 bala qədər hiss olunub. Zəlzələnin ocağı 39 km. Dərinlikdə olub”, – deyə məlumatda bildirilir.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın