Ana səhifə / Media / Rektorun sökdürdüyü mozaika bərpa edildi – Fotolar

Rektorun sökdürdüyü mozaika bərpa edildi – Fotolar

Keçən ilin sentyabrında sökülməyə başlayan Bakı Slavyan Universitetinin üzərindəki mozaika bərpa edilir. 

Yeni mozaikada da əvvəlkindəki kimi Nizami Gəncəvi, Məhəmməd Füzuli, Məhsəti Gəncəvi və digər şairlərin təsvirləri əks edilib.

Xatırladaq ki, sözügedən mozaikanın sökülməsi ictimaiyyət arasında böyük narazılığa səbəb olmuşdu. Həmin vaxt universitetə yeni təyin edilən rektor Nurlana Əliyeva isə “Qafqazinfo”ya açıqlamasında bu işin  Mədəniyyət və Turizm Nazirliyinin razılığı ilə həyata keçirildiyini bildirmişdi.

“Qafqazinfo”nun fotoqrafı Nuran Məmmədov Bakı Slavyan Universitetinin fasadındakı yenilənmiş mozaikanın şəkillərini çəkib, fotoları təqdim edirik:






Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın