Bazar , Fevral 25 2024
Ana səhifə / Media / “Reketlər”ə qarşı yeni cəbhə (VİDEO)

“Reketlər”ə qarşı yeni cəbhə (VİDEO)

Mətbuat Şurası “reket jurnalistika”ya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi üçün əlavə səlahiyyətlər istəyir.

Mətbuat Şurasının İdarə Heyəti hesab edir ki, bunun ən optimal yolu qurumun hüquqi statusunun dəyişdirilməsindən, onunla bağlı ayrıca qanunun qəbulundan keçir.

Kütəvi informasiya vasitələrinin rəhbərləri də bu təşəbbüsü dəstəkləyirlər. Onların fikrincə, Mətbuat Şurasının səlahiyyətləri artırılmalıdır.

Mətbuat Şurası Azərbaycanda medianın özünütənzimləməsini həyata keçirən orqandır. 15 mart 2003-cü ildə ölkə jurnalistlərinin I qurultayında 180-dək aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə yaradılıb. İndiyədək Azərbaycan jurnalistlərinin 8 qurultayı keçirilib.

Həmçinin oxuyun

Jurnalist Nərgiz Absalamovanın həbs müddəti daha 3 ay artırıldı

“AbzasMedia” ilə bağlı cinayət işi üzrə həbsdə olan jurnalistlərdən biri – Nərgiz Absalamova haqqında həbs …