Şənbə , Oktyabr 23 2021
Ana səhifə / Media / “Reket jurnalistlər”ə qarşı mübarizə bu üsulla aparılacaq – VİDEO

“Reket jurnalistlər”ə qarşı mübarizə bu üsulla aparılacaq – VİDEO

Kütləvi İnformasiya Vasitələrinin əsas qayəsi bir növ ictimai nəzarətdir. Bu gün təəssüf ki, jurnalistika peşəsinə qara ləkə yaxanlar, mətbuatın üz qaraları olan dırnaqarası jurnalistlər var. Söhbət öz vəzifəsindən sui-istifadə edərək reketliklə məşğul olanlardan və hədə-qorxu ilə pul tələb edənlərdən gedir. Sevindirici haldır ki, hüquq mühafizə orqanları tərəfindən belələri həbs edilir. Bəs bu cür halların qarşısının alınması üçün nələr edilməlidir? 

Azərbaycan jurnalistikası böyük və şərəfli tarixi inkişaf yolu keçib. Ancaq təəssüf ki, günümüzdə bu yola kölgə salan müəyyən dırnaqarası jurnalistlər də var. Reket jurnalistikası ilə məşğul olan bu insanlar işini vicdanla görən əsl jurnalistlərin də adına kölgə salırlar. Belə olan halda peşəkar və şərəfli jurnalistlər ciddi məyusluq keçirirlər. Bu isə cəmiyyətdə jurnalist peşəsinə olan hörmət və diqqəti azaldır, vətəndaşların inamını zədələyir.

Əməkdar jurnalist Vüqar Zifəroğlu deyir ki, jurnalistika bir növ ictimai nəzarət funksiyasını icra edən institutdur. Bu mənada bu sahəyə inam və etibarın olması çox vacibdir. Burada digər məsələ isə peşə etikasıdır. Yəni jurnalist birmənalı şəkildə hüquq və vəzifəsindən sui-istifadə edə bilməz. Belə olan halda jurnalist məsuliyyət daşımalıdır.

Azərbaycan Jurnalistlər Birliyinin sədri, media eksperti Elçin Şıxlının sözlərinə görə isə, “reket jurnalistikası” deyə bir anlayış yoxdur. Adam jurnalistdirsə, o, reket ola bilməz, reketdirsə, jurnalist ola bilməz. Belə olan halda isə onlarla hüquq-mühafizə orqanları mübarizə aparmalıdır. Təbii ki, burda ictimai qınaq da mühim əhəmiyyət kəsb edir.

Sevindirici haldır ki, bu şərəfli peşəyə kölgə salan, jurnalist qələmini reketçilikdə istifadə edən, özünü “jurnalist” adlandıran, amma vicdan və ictimai məsuliyyətdən uzaq olan belə insanlara qarşı ciddi mübarizə aparılır və belələri ifşa olunur.

Həmçinin oxuyun

AzTV Fazil Mustafaya cavab verdi: Zəhmət çəkib gündə ən azı 1 saatını sərf edib kanala baxsın

Azərbaycan Televiziyası​ Milli Məclisin deputatı Fazil Mustafanın AzTV haqda tənqidi fikirlərinə münasibət bildirib. Məlumatda deyilir: …