Cümə axşamı , Oktyabr 17 2019
Ana səhifə / Media / Reanimasiyaya düşən xalq artistindən xəbər var

Reanimasiyaya düşən xalq artistindən xəbər var

Xəbər verdiyimiz kimi, xalq artisti Qəndab Quliyeva reanimasiyaya yerləşdirilib.

“Qafqazinfo” xəbər verir ki, Xanənədinin səhhəti haqqında Oxu.Az-a məlumat verən Respublika Müalicəvi Diaqnostika Mərkəzinin PR və Marketinq üzrə mütəxəssisi Səadət Hənifəyeva bildirib ki, hazırda xəstənin vəziyyəti stabildir.

“O, xəstəxanaya ürək çatışmazlığı diaqnozu ilə çatdırılıb. Qəndab Quliyevanın müalicəsini Respublika Müalicəvi Diaqnostika Mərkəzi nəzdində Bakı Ürək Mərkəzinin invaziv kardioloqu Abbasəli Abbasəliyev aparır. Xanəndə hələ ki, reanimasiya şöbəsindədir. Heç bir həyati təhlükəsi yoxdur”, – deyə S.Hənifəyeva bildirib.

A.Abbasəliyev isə bildirib ki, xanəndə, eyni zamanda, xroniki böyrək çatışmazlığından da əziyyət çəkir, lakin vəziyyəti stabil olaraq qalır və qorxulu heç nə yoxdur.

Həmçinin oxuyun

Televiziya nazirliyi sərt tənqid etdi: “Özləri rahat kresloda oturub…” – Video

Qubada fəaliyyət göstərən regional televiziya olan Qafqaz TV Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyini sərt …

Bir cavab yazın