Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Razi Nurullayev etirazını bildirdi: “Yol tikintisində ciddi qusurlar var”

Razi Nurullayev etirazını bildirdi: “Yol tikintisində ciddi qusurlar var”

Vacib olan vətəndaşların həyatı, onların işlə təmin olunması, problemlərinin yüngülləşdirilməsi və onlara hörmət olunmasını hiss etmələri, yaşamalarıdır. Azərbaycanda bu varmı?

Yeni yaradılmış Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev ölkədəki yol problemindən, eləcə də vətəndaşın sosial sıxıntısından danışaraq, xalqı bu ağır günlərdə birliyə çağırıb. Musavat.com-un verdiyi məlumata görə, AXCP sədri qeyd edib ki, yol çəkilişləri, bir çox hallarda insanların həyatını cəhənnəmə çevirir:
“Yol kənarında və yaxın ərazilərdə yaşayan insanların evləri, həyət-bacaları bir neçə ay ərzində toz dumanına bürünürlər. Yol çəkilişi gözəldir, ehtiyac var və tələb də var. Amma, yolu çəkib insanı unutmaq vəhşilikdir, görməmişlik və tərbiyəsizlikdir. Birinci olan insan yaşayışı və insan həyatıdır. Binəqədidə, Novxanıda və digər yerlərdə aparılan yol tikintisində ciddi qusurlar var və təbii ki, cəzası da olmalıdır.

Yol çəkilirsə, alternativ kimi təqdim olunan kənar yollar normal vəziyyətə gətirilməlidir. Amma, əksər hallarda belə yollar bombalanmadan sonra olan əraziləri xatırladır. Toz da duman kimi ərazini bürüyür. Yol tikintisini həyata keçirən idarənin, onların böyüklərinin, lap böyüklərinin borcudur ki, yolu sulasınlar ki, toz-duman ətrafa yayılmasın, alternativ yolları normal vəziyyətə gətirməlidir ki, maşınlar sürülə bilsin”.

Razi Nurullayev hakimiyyətə gələcəkləri təqdirdə, belə hallara yol verməyəcəklərini bildirib:
“Biz buna imkan verərikmi? Xeyr, bizim hakimiyyətmizdə belə məmur, belə idarəçilik ola bilməz. Olarsa, anındaca qanunun ən sərt üzünü görər. Bizim üçün insan faktoru birincidir. Bu ölkənin qızılı, varı-dövləti, incisi, gələcəyi və ümudi bu ölkənin vətəndaşlarıdır, onların həyatı və sosial güzəranıdır.

Biz vətəndaşlarımıza bunu vermək üçün siyasi mübarizə səhnəsindəyik. Xalqın yanında dayanan bizi seçin, bizimlə birlikdə hərəkət edin ki, istədiyimiz cəmiyyəti quraq, əziz ölkə vətəndaşları! Bizimlə birlikdə hərəkət edin ki, ölkəni talayanları, rüşvətxorları, saxtakarları, vətənini, torpağını satanları linç edək, kim olursa olsun, iqtidar, ya da müxalifət adı altında gizlənən yalançı və saxtakar siyasətçiləri meydanlardan uzaqlaşdıraq. Yolumuz Rəsulzadə və Elçibəy yoludur!”

Həmçinin oxuyun

Miyatoviç Azərbaycan hakimiyyətini ifadə azadlığını boğmaqda günahlandırır

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Azərbaycanda jurnalistlərə və fəallara qarşı “artan repressiyalardan” …

Bir cavab yazın