Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Rayonlarda məktəbə qəbul elektron qaydada aparılacaq

Rayonlarda məktəbə qəbul elektron qaydada aparılacaq

Ümumtəhsil məktəbləri, lisey və gimnaziyalara elektron sənəd qəbulu sisteminin əhatəsi genişləndiriləcək və regionları əhatə edəcək.

Bu, “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planında yer alıb.

Həmçinin Tədbirlər Planında ümumi təhsil müəssisələrində şagirdlərin biliyinin qiymətləndirilməsi üzrə beynəlxalq proqramlarda iştirakın təmin olunması, məktəbəqədər təhsillə əhatə olunma səviyyəsinin yüksəldilməsi və təlim-tərbiyə üzrə texnologiyaların təkmilləşdirilməsi, birillik icbari məktəbə hazırlıq təhsilinin təmin olunması üzrə icra mexanizminin hazırlanması və tətbiqi nəzərdə tutulub.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın