Şənbə , Yanvar 16 2021
Ana səhifə / Media / Rayon maşınlarının Bakıya girişinə məhdudiyyət qoyulacaq – VİDEO

Rayon maşınlarının Bakıya girişinə məhdudiyyət qoyulacaq – VİDEO

IV İslam Həmrəyliyi Oyunları dövründə rayon avtomobillərinin Bakıya daxil olmasına müəyyən məhdudiyyətlər qoyulacaq.

Bu məhdudiyyətlər may ayının 1-dən 25-dək davam edəcək. Rayondan gələn nəqliyyat vasitələri paytaxtın şimal girişində, Bakı-Sumqayıt yolunun 16-cı kilometrliyində, cənubdan isə Lökbətan dairəsi yaxınlığında, ”Bakı-2015” Avropa Oyunları öncəsi yaradılmış dayanacaqda saxlanılacaq.

Amma bu o anlama gəlmir ki, rayondan gələn şəxslər şəhərə girə bilməyəcəklər. Həmin şəxslər avtomobili xüsusi mühafizə olunan dayanacaqda saxlayıb, ictimai nəqliyyatla şəhərin istənilən yerinə gedə bilərlər.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, məhdudiyyət Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komisiyasının qərarı ilə saat 7:30-dan 21:00-qədər qüvvədə olacaq.

Oyunlar ərəfəsində gecə paytaxta girib gündüz şəhərdə hərəkətdə olan rayon qeydiyyatlı avtomobillər xidmətdə olan polis əməkdaşları tərəfindən hərəkətdən kənarlaşdırılaraq müvəqqəti duracağa qoyulacaq. Heç bir cərimə yazılmadan axşam vaxtı həmin nəqliyyat vasitəsi şəhərdən çıxarılacaq.

Həmçinin oxuyun

Türkiyə mediası Prezidentin Şuşaya səfərindən yazır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin …

Bir cavab yazın