Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / Rauf Mirqədirov İsveçrədən sığınacaq istəyib

Rauf Mirqədirov İsveçrədən sığınacaq istəyib

Sentyabrın 16-da ölkədən gedən jurnalist Rauf Mirqədirovun İsveçrə hökumətinə sığınmaq məqsədilə müraciət etdiyi bildirilir.

Qafqazinfo” xəbər verir ki, bu haqda “Azadlıq” radiosuna vəkil Fuad Ağayev danışıb.

Vəkilin sözlərinə görə, R.Mirqədirov İsveçrə hökumətindən siyasi mühacir statusu almaq istəyir: “Mənim bu haqda informasiyam ancaq bu qədərdir”.

2014-cü ilin aprelində Türkiyədən Azərbaycana deportasiya edilən jurnalist Rauf Mirqədirov həbs edilib. Ona Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülmüşdü.

2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində R.Mirqədirova 6 il həbs cəzası verilsə də, bu il Bakı Apellyasiya Məhkəməsi jurnalistlə bağlı hökmü dəyişdirərək, 6 il həbs cəzasını 5 il şərti cəza ilə əvəz edib və o, azadlığa çıxıb.

Qeyd edək ki, R.Mirqədirovun ailəsi hələ o, həbsdə olanda İsveçrəyə getmişdi.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın