Bazar , Noyabr 29 2020
Ana səhifə / Media / Raqub Məmmədovun “H.Əliyev prospekti” biznesi – Fotofakt

Raqub Məmmədovun “H.Əliyev prospekti” biznesi – Fotofakt

Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovun Ağdamın Quzanlı qəsəbəsində H.Əliyev prospektində təmir-abadlıq işləri aparmaq adı altında dövlət büdcəsindən böyük məbləğdə vəsaitlərin mənimsəməsi barədə iddialar var Obyektivinfo.az bakunews.az-a istinadən bildirir ki, son iki ildə Quzanlı qəsəbəsində H.Əliyev prospektində təmir-abadlıq işləri aparılması üçün ayrılan vəsait və prospektin hazırkı vəziyyəti bu iddianı təsdiqləmkədədir. Azərbaycanda icra başçılarının abadlıq işlərinin aparılması adı altında dövlət vəsaitlərini mənimsəmələri heç kimə sirr deyil. Son illər Azərbaycanının böyük əksəriyyət rayonlarında aparılan abadlıq işləri təqdirə layiq olunsa da, dəfələrlə qeyd olunduğu kimi icra başçıları bir qayda olaraq abadlıq işlərində qiymətləri bir neçə dəfə şişirdərək hər dəfə dövlət büdcəsindən külli miqdarda vəsait mənimsəyirlər.

Prossesin traqikomik tərəfi isə odur ki, hər dəfə hər hansı bir rayonda icra başçısı dəyişdikdə təzə icra başçısı köhnə başçının işlərini sökür. Yəni abad yerlər sökülür və eyni yerlər yenidən “abalaşdırılır”. Halbıki ayrılan vəsaitlərə başqa küçələri və yaşayış məskənlərində abadlıq işləri aparmaq olar və məntiqli olan da budur. Amma icra başçılarının əsas seçimi həmişə ümummilli lider Heydər Əliyevin xatirəsi ilə bağlı yerləri söküb yenidən tikməkdən ibarət olur. Çox böyük təəssüflə qeyd etməliyik ki, bir çox icra başçıları faktiki olaraq Heydər Əliyevin xatirəsi ilə bağlı yerlərdə aparılan abadlıq-tikinti işlərini özlərinin gəlir yerlərinə çevirir və açıq şəkildə vəziyyətdən sui-istifadə edərək dövlətin milyonlarla manat vəsaitini mənimsəyirlər. Əslində isə aparılan abadlıq işləri ilə ayrılan vəsaitlər arasında yerlə göy arasında fərq uzaqdan görünür. Yəni “kor-kor, gör-gör”. Heydər Əliyevin xatirəsi ilə bağlı yerlərdə abadlıq işlərinin aparılması lazımdır, ancaq icra başçılarının görüntü naminə bu məsələdə yarışa girmələri, xüsusən də bu “yarışda” sui-istifadəçiliyə yol verilərək böyük vəsaitlərin mənimsənilməsi çox böyük təəssüf hissi yaratmaqdadır. Onu da qeyd edək ki, xatirə yerlərində rayonların kommunal təsərrüfat idarələri öz qüvvələri ilə abadlıq işləri apara bilər və həmin yerləri abad vəziyyətdə saxlaya bilərəlr. Bunun üçün elə də böyük vəsait də tələb olunmur və dünyaının hər yerində bu belədir. Bir daha çox böyük təəssüflə qeyd edirik ki, hər il abadlaşdırılması üçün böyük vəsaitlərin ayrıldığı bir çox xatirə yerləri bərbad vəziyyətdədir. Yəni faktiki olaraq bu yerləri abad saxlamaq uğrunda icra başçılarının apardıqları “yarış” daha çox dövlət vəsaitini mənimsəmə yarışıdır. Və yəqin ki, bu “yarışda” Ağdamın icra başçısı Raqub Məmmədov birinci yeri tutur. Çünki son iki ildə Ağdamın Quzanlı qəsəbəsindəki H.Əliyev prospektinə ayrılan vəsaitlərlə prospektin görünüşü arasında fantastik fərqlər var. Prospektin hazırkı vəziyyəti ilə bağlı fotoları oxuculaımıza təqdim edəcəyik. Öncə prospektin təmirinə ayrılan vəsaitləri təqdim edirik. Qeyd edək ki, 2014-cü ildə Quzanlı qəsəbəsinin H.Əliyev prospektində abalıq işlərinin aparılması üçün toplam 2.955.269 manat vəsait ayrılıb. Bu vəsaitin hara sərfə olunduğu tam olaraq bilinmir. Qəribədir ki, 2013-cü ildə Heydər Əliyev prspktində abadlıq işlərinin aparılması üçün 275 min manat sərf olunub.

Raqub Məmmədov 2014-cü ildə icra başçısı postunda Nizami Sadıqovu əvəz etdikdən sonra bu məbləğ 10 dəfə artıb. Vəsailərin 10 dəfə artmasına baxmayaraq Raqub Məmmədovun gördüyü işlər kosmetik xarakterli olub. Yəni bir az söküb, bir az da tikib. Amma bizi məlumatlandıran mənbə bildirir ki, ümumilikdə görülən işlər heç 150.000 manat da etməzdi. Bu barədə MilliYol.az-ı məlumatlandıran mənbə bildirir ki, Raqub Məmmədov icra başçısı gəldikdən sonra qardaşı Quzanlıda 3 mərtəbəli “Çay Evi” tikib. Amma bu özəl müəssisənin dövlətin sosial inkişaf çərçivəsində apardığı abadlıq işlərinə nə dəxli var? İcra başçısının Quzanlıda özü üçün başqa obyektlər də tikdirdiyi iddia olunur. Keçək 2015-ci ilə. Ötən il Ağdamın İcra başçısı birbaşa H.Əliyev prospektinə 297.669 manat vəsait sərf edib. Yəni 2015-ci ildə sərf etdiyindən 10 dəfə az. Amma bu pullar hara sərf olunub. Raqub Məmmədov bu sualın cavabını verə bilərmi? Necə olur ki, bir il əvvəl 3 milyon manatlıq abadlıq işi aparılan ərazidə heç bir il keçmədən 300 min manatlıq abadlıq işləri aparılır və 2016-cı ilin ildə prospekt özünün xarabazar halı ilə uzaqdan adama gəl-gəl deyir? Yəni Raqub Məmmədovun H.Əliyev prospektində apardığı abaldıq işlərinin materialları “tort məmulatlarından” idi? Qoy Raqub Məmmədov bu suallara cavab versin. “Mənimsəmə yarışının qalibi” olan icra başçısının nə qədər vəsait mənisədiyini isə əlaqədar qurumlar araşdırsınlar. Qeyd edək ki, bizim bu təqdimatımız Raqub Məmmədovun mənimsədhikləri içində dəryada bir damla kimi görünür. Çünki başçının daha bir çox sahələrdə “birincilik” əldə etməsi barədə iddialar var. Misal üçün Ağdam rayon icra nümayəndəlrinin uşaq bağçaları üçün alınan ərzaqın ümumi məbləği hesabladıqda adamın gözləri bərələ qalır. Başqa bir misal. Ötən il Ağdam rayon Quzanlı qəsəbəsi daş evlər adlanan ərazidə məcburi köçkünlərin məskunlaşdığı yaşayış evlərinin təmiri üçün115000 min manat sərf olunub. 2014-cü ildə isə həmin evlərin təmiri üçün 113750 manat sərf olunub. Amma nə 2014-cü ildə, nə də 2015-ci ildə həmin yaşayış evlərində heç bir təmir işləri aparılmayıb. Raqub müəllim bu məsələyə də aydınlıq gətirsə çox yaxşı olar. Ancaq bu da hələ hamısı deyil. Əgər əlaqədar dövlət qurumları obyektiv araşdırma apararlarsa, bir rayonda mənimsənilən dövlət vəsaitləri hər kəsi heyrətə gətirər. Və hələ də iqtisadiyyatımız bu talanlara dözüb iflas etmirsə, ona da şükür deməliyik. İndi isə Quzanlı qəsəbəsinin H.Əliyev prospektindəki mənzərəni diqqətinizə cəlb edirik. Qoy oxucular özləri qərar versin, bu yerlər son iki ildə 3milyon 300 min manat dəyərində abadlaşdırılıbımı? P.S. Yəqin ki, Raqub Məmmədov cənabları bu yazı dərc olunduqdan sonra H.Əliyev prospektində yenidən təctili abadlıq-təmir işləri aparacaq. Dövlətin vəsaitlərinə yazıq olur. Başqa deyəcəyimiz belə yoxdur. Qarşı tərəfi də dinləməyə hazırıq.

h3

h2

h1

 

Həmçinin oxuyun

“Gəncə və Bərdədə gördüyümüz səhnələr dəhşətli idi” – Fransalı jurnalist

Döyüş zonasından uzaqda yerləşən Bərdə bazarına kasetli bombalarla hücum edilmişdi. Bu, dəhşət idi, bomba heç …

Bir cavab yazın