Ana səhifə / Manşet / Rəsmi qəzetlərin başının üstündə qara bulud – Üçü birində olacaq…

Rəsmi qəzetlərin başının üstündə qara bulud – Üçü birində olacaq…

Azinforum.az rəsmi qəzetlərin gələcək taleyilə bağlı maraqlı məlumat əldə edib. Rəsmi dövlət büdcəsindən maliyyələşən: “Azərbaycan”, “Respublika” və “Xalq”da dövlətin ayırdığı vəsaitlərin necə xərcləndiyini araşdırmaq üçün Hesablama Palatası tərəfindən yoxlama aparılıb. Yoxlama nəticəsində qəzetlərə ayrılan pulların təyinatı üzrə düzgün xərclənmədiyi və ciddii yeyinti faktları aşkar edilib. Hökumətin media siyasətini müəyyənləşdirənlərin əksəriyyəti bu qənaətdədirlər ki, sözügedən qəzetlərin ictimai rəyə təsiri çox aşağıdır. Bu səbəbdən də həmin qəzetlərin üçünün bazasında bir mətbu orqanın fəaliyyət göstərəcəyilə bağlı təklifin dəstəkləndiyi qeyd olunur. Rəsmi qəzetlərindən heç kim bizim bu yöndə olan suallarımızı şərh etmək istəmədi.

Çinarə SEYİDOVA,

Azinforum.az

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …