Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Rəşad Məcid Amaşovun istefasından danışdı…

Rəşad Məcid Amaşovun istefasından danışdı…

Mətbuat Şurasının sədri Əflatun Amaşovun tutduğu vəzifədən getməsi ilə bağlı xəbərlər yayılıb. Bildirilir ki, Mətbuat Şurasının sədri vəzifəsini qurultaya qədərki dövrdə İdarə Heyətinin üzvü, “525-ci” qəzetin baş redaktoru Rəşad Məcid icra edəcək.

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan Rəşad Məcid bildirib ki, İstefa məsələsi gündəmdə deyil:

“Əflatun Amaşov öz vəzifəsini yerinə yetirir. Qurultaya qədər də öz yerində olacaq. Mətbuat Şurasının növbəti qurultayı yaxınlaşır. Yəqin ki, bu günlərdə Mətbuat Şurasının idarə heyəti yığışacaq və qurultayın vaxtını müəyyənləşdirəcək. Daha sonra, qurultaya nümayəndələr müəyyənləşdiriləcək. Qurultayda, şübhəsiz, sədr seçkisi də olacaq. Bu da jurnalistlərin iradəsindən asılıdır. Kimi dəstəkləyəcəklərsə, o da Mətbuat Şurasının sədri olacaq”. 

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …