Ana səhifə / Media / Rəsmi nikah olmadan kəbin kəsən din xadimi cəzalandırılacaq – Video

Rəsmi nikah olmadan kəbin kəsən din xadimi cəzalandırılacaq – Video

Rəsmi nikah olmadan dini nikah bağlamaq qadağandır. Dini qurumlarla iş üzrə dövlət komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, bu işi həyata keçirən din xadimi cəzalandırılacaq. Komitə sədri “seyid vəsiqəsi” verilməsi məsələsinə də münasibət bildirib.

Rəsmi nikah olmadan dini nikah bağlayan din xadimi cəzalandırılacaq…

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, nikah münasibətləri ilə bağlı müvafiq dövlət qurumu var. Bu qurumun sənədi olmadan dini nikah kəsmək qanunsuzdur.

Komitə sədri bir müddət əvvəl “Seyid vəsiqəsi” verilməsi məsələsinə də toxunub. Onun sözlərinə görə, Komitə və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən birgə araşdırma aparılıb və vəsiqəni verən qaziyə xəbərdarlıq edilib.

Mübariz Qurbanlı deyib ki, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyinat almayan şəxsin dini ayin icra etməsi qanunsuzdur. Bununla bağlı komitəyə səlahiyyət verilib ki, hər hansı şəxs təyinat olmadan yerlərdə dini ayin icra edərsə, komitənin müvafiq nümayəndəsi onun fəaliyyəti ilə bağlı protokol tərtib edəcək və məhkəməyə müraciət olunacaq. Həmin şəxs barəsində də müvafiq cəza tədbiri həyata keçiriləcək.

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın