Ana səhifə / Media / Qurbanlıq ət 5-10 manata – Qoyun almaq istəyənlər baxsın+Video

Qurbanlıq ət 5-10 manata – Qoyun almaq istəyənlər baxsın+Video

Qurban bayramı ilə əlaqədar olaraq artıq paytaxtın müxtəlif ərazilərində satış yerləri təşkil olunub. 

“Qafqazinfo”nun əməkdaşları da Bakının Nərimanov ərazisindəki satış obyektlərində olub və qiymətlərlə maraqlanıb.

Satıcıların sözlərinə görə, hələ ki, bazarda durğunluq var. Qiymətlər isə ötən ilə nisbətən 1-2 manat artıb. Belə ki, diri qoyunun çəkisi 5 manat, kəsilmiş ətin çəkisi isə 10 manatdan təklif olunur.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin İqtisadiyyat Nazirliyi ilə birlikdə   təşkil etdiyi qurbanlıq heyvanların satış yarmarkaları sentyabrın 1-də səhər saat  9:00-dan etibarən fəaliyyətə başlayacaq.

Hazırladığımız videoreportajı təqdim edirik:




Həmçinin oxuyun

Siracın ata yurduna qovuşma sevinci… – VİDEO

Kəlbəcərdə maşının minaya düşməsi nəticəsində şəhid olan AzTV-nin operatoru Sirac Abışovun Qubadlıya – ata yurduna …

Bir cavab yazın