AzNews.az xəbər verir ki, bayramın birinci günü minlərlə insan qurban kəsib kasıblara paylayıb. Amma, vətəndaşlar kəsilən qurbanların tullantılarını salafan kulyoklara qoymadan küçələrdə qoyulan zibilxanalara atmağa üstünlük verib. Açıq şəkildə olan tullantının qoxusundan küçədən keçmək qeyri-mümkün olub. Nəticədə zibilxanaların ətrafında xoşagəlməz mənzərə yaranıb.

Belə ki, sahibsiz itlər həmin tullantılara hücum çəkərək onları parçalayıb küçələrə səpip. Səhər saatlarında zibil atmağa gələn sakinlər ətrafa yayılan üfunət iyindən zibilxanalara yaxınlaşa bilməyib.