Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Media / Qulu Məhərrəmli: “Efir adamları ölkə üçün həssas mövzulara ehtiyatla yanaşmalıdır”

Qulu Məhərrəmli: “Efir adamları ölkə üçün həssas mövzulara ehtiyatla yanaşmalıdır”

Rusiyanın Türkiyədəki keçmiş səfiri Andrey Karlovun qətlinin TRT-də yayımlanması ilə bağlı aparılan araşdırma çərçivəsində 6 mətbuat nümayəndəsi saxlanılıb. Onlardan 5-i TRT-nin əməkdaşıdır. Həbslər TRT-də yayımlanan “Sevda quşun qanadında” serialının 15-ci bölümündə səfir Karlova təşkil olunan sui-qəsdə bənzəyən səhnələr yer almasına görə gerçəkləşdirilib. Serilanın bu bölümü izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.

Xatırladaq ki, səfir Andrey Karlov 2016-cı il Türkiyədə təşkil olunan “Rusiya türklərin gözü ilə” sərgisində iştirakı zamanı qətlə yetirilib. Hadisəni törədən Mövlüd Mərd Altındaş təhlükəsizlik əməkdaşları tərəfindən öldürülüb.

Media eksperti, televiziya mütəxəssisi Qulu Məhərrəmli  mətbuat əməkdaşlarının həbsi ilə bağlı “Yeni Müsavat”a deyib ki, televiziyada, mediada çalışan insanlar – rejissor, redaktor, efir adamları istənilən ölkə üçün həssas mövzulara bir qədər ehtiyatla yanaşmalıdırlar: “Türkiyə üçün hazırkı dönəmdə Rusiya ilə münasibətlər ciddi şəkildə önəmlidir. Səfirin öldürülməsi məsələsi çox ciddi olaydır. Bir ölkənin səfirini hamının gözü qarşısında öldürüblər. Ona görə də televiziya əməkdaşları belə məsələlərlə bağlı bir qədər həssas yanaşma sərgiləməlidirlər. Amma media nümayəndələrinin birbaşa həbsini də düzgün saymıram. Hesab edirəm ki, bu, siyasi maraqların ödənməsinə yönəlmiş addımlardır. İnanmıram ki, məhkəmə bunu hansısa hüquq pozuntusu hesab etsin.

Türkiyədə teleradio sahəsində ali qurum var və belə məsələlərə baxır. Amma bədii verilişlərdə, bədii materiallarda bu cür məsələlərin olması absurddur. Hansı yazıçıya qadağan etmək olar ki, bu situasiyanı təkrar etmə? İstənilən hadisə model etibarı ilə biri digərinə oxşayır. Televiziyada təsəvvürlər assosativ olduğuna görə yaddaşları tez bərpa edir. Yəni hadisənin modelini tamaşaçıya çatdıra bilir. Gerçəkləşən həbslərdə siyasi motiv özünü biruza verir. Arzuolunmaz situasiyadır. Bədii əsərdə, serialda ölüm, anadan olma, basqın, qarət, qətl və digər həyatda baş verən məsələlər var. Model etibarı ilə bir-birilərinə oxşaya bilərlər”.

Qulu Məhərrəmli deyir ki, mətbuat nümayəndələrinin belə məsələlərə görə həbsi doğru deyil: “Media nümayəndələrinin həbsi Türkiyə qanunlarına nə dərəcədə uyğundur məsələləri də araşdırılmalıdır. Hesab edirəm ki, bu adamların sadəcə, bəxtləri gətirməyib, onların həbsi tezliklə aradan qaldırılacaq”.

Ələsgər Məmmədli ile ilgili görsel sonucu

Media məsələləri üzrə hüquqşünas Ələsgər Məmmədli deyir ki, Türkiyədə jurnalistlərin böyük əksəriyyətinin istintaqa cəlb olunması daha çox 15 iyul 2016-cı ildə baş verən çevrilişə cəhdlə əlaqəlidir: “Jurnalistləri daha çox peşə fəaliyyəti ilə yox, çevrilişə cəhd, çevrilişdə iştirakçılıqla əlaqəli həbs edirlər. Bu baxımdan Türkiyə dünyada ən çox jurnalistin həbsdə olduğu ölkələrdən biridir. Amma Türkiyə jurnalistləri ifadə azadlığına görə deyil, terrora görə həbs elədiyini bəyan edir. Avropa Şurası, Avropa institutları isə əksini söyləyir, ifadə azadlığına basqı kimi qiymətləndirirlər. Bu gün Türkiyədə ifadə azadlığına yönəlik xeyli məsələlər var. Cümhuriyyət Partiyası İstanbul İl başqanına Rəcəb Tayyib Ərdoğana tvitter hesabında həqarətə görə 17 il həbs cəzası çıxarılıb. Düzdür, proses sentyabra təxirə salınıb, amma faktiki qərar verilib. Türkiyədə 3 il əvvəl baş verən fövqəladə hadisə – çevrilişə cəhd demokratik sistem içində qiymətləndiriləcək nəticələr deyil. Jurnalistin, siyasətçinin ifadə azadlığını hansısa çevrilişə cəhdlə əlaqələndirmək doğru deyil”.

Hüquqşünas deyir ki, hökumət belə məsələlərdə diqqətli olmalıdır: “Bu cür həbslər ölkənin demokratik imicinə zərər verən məsələdir. Həbs olunanlardan biri kürd dilli ”TRT 6″ kanalındandır. Daha çox həmin media mənsubunu terrorla əlaqələndiriblər. Nə ilə əlaqələndirilməsindən asılı olmayaraq ifadə azadlığına daha dözümlü yanaşılmalıdır. Türkiyəni qardaş ölkə kimi demokratiyada bizdən öndə olduğu bir ölkə kimi görmüşük. Arzumuz da odur ki, Türkiyə həmin formada qalsın və daha da irəli getsin. Geriləməsini heç istəmirik. Türkiyədə həbslərin aydın səbəblərdən deyil, örtülü ehtimallar əsasında gerçəkləşməsi nəticə etibarı ilə Türkiyənin imicinə, bizim Türkiyəyə olan ümidlərimizə ziyan verir”.

Yada salaq ki, 3 il əvvəl Türkiyədə yaşanan, Rusiya səfiri Andrey Karlovun ölümü ilə nəticələnən hadisəni Vladimir Putinin provakasiya adlandırmışdı.  Rəcəb Tayyib Ərdoğan Rusiya prezidentinin qənaəti ilə həmfikir olduğunu, səfirin qatilinin Mərd Altındaş adlı polis əməkdaşı olduğunu təsdiqləyib və bu qətldə FETÖ-nün məqsədinin Rusiya və Türkiyə arasına nifaq salmaq olduğunu bildirib.(Musavat.com)

Həmçinin oxuyun

Tanınmış jurnalistə AĞIR İTKİ

Hazırda Almaniyada yaşayan tanınmış jurnalist Fərahim İlqaroğlunun anası vəfat edib.  Bu barədə jurnalist özü sosial …