Şənbə , Noyabr 28 2020
Ana səhifə / Media / Qulu Məhərrəmlinin vəsatəti təmin edildi

Qulu Məhərrəmlinin vəsatəti təmin edildi

Bu gün Nəsmi rayon məhkəməsində AzTV sədri Arif Alışanovun media eksperti Qulu Məhərrəmliyə qarşı mülki qaydada qaldırdığı iddiaya baxılıb.

Q.Məhərrəmlinin vəkili Nicat Gözəlov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hakim Etibar Hümbətovun sədrliyi ilə keçirilən prosesdə vəsatətlə çıxış ediblər. Məhkəmə prosesinə ikinci cavabdeh tərəf olan moderator.az saytının nümayəndəsi qatılmayıb.

N.Gözəlov vəsatət verərək məhkəmə iclasının təxirə salınmasını istəyib: “Yasamal rayon məhkəməsində eyni müsahibəyə istinad edərək xüsusi ittiham qaydasında verilən şikayətə baxılır. Orada iş icraata götürülməyib, ilkin hazırlıq mərhələsindədir. Buna görə də o məhkəmədə qərar verilmədən mülki qaydada verilən iddia üzrə işə baxılması düzgün olmayacaqdı. Çünki bizim Yasamal rayon məhkəməsində veriləcək qərardan asılı olaraq vəsatətlərimiz olacaq”.

Hakim vəsatəti təmin edib və proses 25 aprel saat 16:30-a kimi təxirə salınıb. Həmin müddətə qədər iddiaçı olan Arif Alışanov tərəfdən çatışmayan sənədlər tələb olunub.

Qeyd edək ki, A.Alışanov Qulu Məhərrəmliyə qarşı mülki qaydada iddia qaldıraraq onun şərəf və ləyaqətini təhqir etdiyi üçün 100 min manat təzminat ödəməsini istəyib.

Həmçinin oxuyun

Azərbaycanda daha bir qəzet fəaliyyətini dayandırıb

Bakı şəhər Baş Polis İdarəsinin orqanı olan “Polis” qəzeti fəaliyyətini dayandırıb. Qəzet 1993-cü ildən həftədə …

Bir cavab yazın