Çərşənbə , Oktyabr 23 2019
Ana səhifə / Media / Qubada torpaq sahələrini ələ keçirən nazirlər hansı problemlər yaradıblar?

Qubada torpaq sahələrini ələ keçirən nazirlər hansı problemlər yaradıblar?

İstifadəyə yararlı torpaqların vəzifəli şəxslər tərəfindən zəbt olunması, təyinatı üzrə işlədilməməsi ölkə prezident İlham Əliyev tərəfindən bir daha gündəmə gəlib.

Sadə insanlar prezidentin bu dəstəyini müsbət qiymətləndirərək reallıqda yerli sakinlərin torpaqsızlıqdan çox əziyyət çəkdiklərini deyirlər. Bildirirlər ki, ailə sayına görə lazımi qədər torpaq sahəsi ala bilmədikləri halda yüksək çinli məmurlar hektarlarla ərazini hasara alıb, heç kimə işləmək imkanı vermirlər.

Quba sakinlərinin sözlərinə görə, rayonda səfalı ərazilərdə hər addımbaşı hasar alınmış, amma istifadə edilməyən boş sahələr var. Hətta əkin, örüş, çay sahili, meşə kənarı, meşədaxili ərazilər də hasara alınıb. 

Qubanın Xınalıq, Qımıl kənd yolları boyu onlarla dəbdəbəli evlərin də, istirahət mərkəzlərinin də əhalinin istifadə edə biləcəyi yerlərdə ucaldığının şahidi olub. Əksər bahalı imarətlər isə zəbt edilmiş yerdə inşa edilsə də, onlarda yaşayış yox idi. Dövlət başçısının işlək torpaqlarla bağlı məmurlara sərt iradı bəzi qurumları hərəkətə keçirib.

Hələlik Qubada zəbt edilmiş torpaqda inşa edilmiş bahalı evlərin söküldüyü müşahidə edilməsə də, Əmlak Məsələri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, torpaqların qanunsuz tutulması ilə bağlı Xaçmazda 92, Qubada 83, Qusarda 74 qanun pozuntusu aşkar edilib, müvafiq qurumlara bildirişlər verilərək, protokol tərtib edib. Qubadakı kənd təsərrüfatı idarəsi də əməli işə keçdiklərini deyirlər.

Əsas məsəl isə ərzaq bolluğu yaratmalı ola biləcək yararlı torpaqları məmurdan alıb sadə kəndliyə verilməsidir. Əsas da ona görə ki, kəndlinin bütün dolanışığı torpaqdan çıxır. Həm də məhsul bolluğu bazarlarda sərfəli qiymət deməkdir(ANS).

Xatırladaq ki, Qubada ölkənin bəzi nazirlərinə və tanınmış şəxslərinə məxsus olan və hektarlarla ərazisi olan böyük villalar, istirahət mərkəzləri var. indiyədək həmin rayonda hektarla torpaq sahəsini həyat yoldaşı, bacısı və ya yaxın qohumunun adına rəsmiləşdirən xeyli nazirin adı da mətbuatda hallanıb. Həmin vaxt bu nazirlər məsəlləyə aydınlıq gətirmək əvəzinə, müxtəllif yollarla həmin xəbərləri saytlardan çıxarmağa nail olsalar da, fakt faktlığında qalır.

Digər bir nazir, daha dəqiqi, nəqliyyat naziri Ziya Məmmədovun Qubada böyük bir istirahət məkanına sahib olması, ona bağlı olan icra başçılarının villaları (Yəqin diqqətli oxucular Qubanın sabiq icra başçısının təxribatçı olay nəticəsində yandırılan villası ilə bağlı xəbəri xatırlayır- Mia.az) əhaliyə ciddi problemlər yaradıb. Hansı ki, bu gün qubalılar doğulduqları torpaqlarda bu cür məmurların görməmişliyi, vəzifə səlahiyyətlərindən istifadə etməklə qamarladıqları torpaq sahələrinə görə nəinki əkin-biçinlə, heç heyvanllarını otarmaq ümün örüş də tapa bilmirlər.

Mia.az bu istiqamətdə araşdırmalar aparır. Yaxın vaxtlarda həmin nazir, komitə sədri, icra başçıları və digər vəzifə sahiblərinin rayonda ələ kemirdiyi hektarlarla münbit torpaq sahələri ilə bağlı geniş yazını təqdim edəcəyik.

Həmçinin oxuyun

“Rossiya-24” kanalının reportajında İlham Əliyevin tələbə bileti nümayiş olundu – Foto

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu 75 illiyini qeyd edir. Bununla bağlı Rusiyanın “Rossiya-24” telekanalında Azərbaycan …

Bir cavab yazın