Çərşənbə axşamı , İyun 18 2019
Ana səhifə / Media / Qorxulu xəstəliklər mənbəyini “şəfa mənbəyi” kimi turistlərə sırıyıblar

Qorxulu xəstəliklər mənbəyini “şəfa mənbəyi” kimi turistlərə sırıyıblar

Yay turizm mövsümünün başlaması ilə əlaqədar olaraq yay tətilini Türkiyədə keçirmək istəyənlər bu xəbərə diqqət yetirsinlər.

Türkiyənin Maraş bölgəsində yerli bələdiyyənin turistləri cəlb etmək məqsədilə “şəfalı mineral su” kimi təbliğ etdiyi qırmızı gölməçənin suyu, əslində sağalmaz və qorxulu xəstəliklər mənbəyidir.

Suyu analiz edən mütəxəssislər, tərk edilmiş dəmir mədəninin tullantılarının toplaşdığı gölməçə ilə bağlı əhaliyə xəbərdarlıq edib.

Geologiya üzrə ali mühəndis Əşrəf Atabəy, gölə girişin qadağan edilməsinə çağırıb.

Professor Ali Osman Karababa isə gölməçə suyundakı ağır metalların xərçəng və böyrək xəstəliklərinə şərait yarada biləcəyini ilə bağlı xəbərdarlıq edib.

Maraşın Ekinözü İlçəsində tərk edilmiş dəmir mədəninin yerində yaranmış, rənginə görə “qızıl göl” adlandırılan gölməçənin suyu camaat arasında “şəfalı su” adı ilə tanınıb və içilir. Suyun başda həzm problemləri olmaqla bir çox xəstəliyə müalicəvi təsir göstərdiyi barədə yayılan məlumatlar nəticəsində, yaz-yay aylarında oranı on minlərlə insan ziyarət edir. Onlar bu bölgədə yerləşən otellərdə qalaraq “qızıl göl”dəki acı sudan içmək üçün növbəyə düzülürlər.

Ekinözü Bələdiyyəsinin sədri Nursi Çeleğen hər zaman gölməçənin suyunun həm vizual baxımdan, həm də minerallarla zəngin olması səbəbindən region turizmi üçün əhəmiyyətli olduğunu deyirmiş.

Lakin tibbi geologiya mütəxəssisi olan mühəndis Əşrəf Atabəy vəziyyətin çox fərqli və təhlükəli olduğunu söyləyib. O, bildirib ki, köhnə dəmir mədəni ocağı olan gölməçənin suyunun niyə tünd qırmızı olması barədə indiyə qədər verilən açıqlamalar yalandır. Atabəy, bu açıqlamaların camaatın yanılmasına, bu suyun bölgədəki digər mineral sularla əlaqələndirilməsinə səbəb olduğunu, bunun insanların sağlamlığı üçün böyük təhlükə yaratdığını deyib. “Bura əslində turşularla zəngin olan bir mədən drenajıdır. Burada tərk edilmiş mədən tullantıları, pirit konsentratı (texnogen mineral kimyəvi resurs-red.) anbarları, açıq və qapalı mədən ocaqlarında aparılan qazıntı işləri zamanı yenilənən qatlarda olan xüsusilə dəmir sulfidi (FeS) və digər mineral tərkibli maddələr mövcuddur. Buna bəzəyən digər nümunələr Türkiyənin bir çox yerindəki tərk edilmiş sulfidli mineral tərkibli (metal mədəni, kömür ocaqları və s.) istənilən mədən ocağı gölməçəsində ola bilər. Köhnə dəmir mədəni ocağındakı dəmir sulfidi minerallarının su və hava ilə kimyəvi reaksiyaya girdiyini vurğulayan Atabəy deyib ki, bu zaman sulfid turşusu ilə birlikdə qırmızı-narıncı-sarı-tünd qırmızı rəngli dəmir sulfat mineralı olan yarozit (alunit qrupuna aid mineral. Kimyəvi formulu — КFe3+3[SO4]2[OH]6 – red.) əmələ gəlir.

“Gölə qırmızı-narıncı-tünd qırmızı rəng verən yarozit (Jarosite) mineralidir. Mədən işləri aparılan sahələrin yaxınlığında yaşayan insanların neqativ həyat tərzinə məruz qaldıqları ən önəmli faktorlardan biri də turşu mədən drenajından qaynaqlanan çirkli sudur. Turşulu mədən suları qrunt sularının axarlarına sızma və süzülmə yoluyla yerüstü və yeraltı su sistemlərinə qarışır. Bu isə həm bitkilərə, həm də insan və heyvanların sağlamlığına mənfi təsir edir. Ekinözü dəmir mədəni ocağındakı gölməçədə eyni zamanda reaksiya nəticəsində yaranmış sulfid turşusu mövcuddur. Bu isə canlıların sağlamlığına ciddi təhlükədir. Heyvanlar və insan bu gölün suyundan qətiyyən içməməlidirlər. Əgər quşlar bu sudan içsələr, onların öldüyünü görəcəksiz” – deyə mütəxəssis bildirib.

Atabəy bu suyun istifadəsinin qadağan olunması və gölün ətrafının nəzarət altına alınması ilə bağlı çağırış edib. Professor Ali Osman Karababa göl suyunun içindəki ağır metalların araşdırılmasına ehtiyac olduğunu bildirib. Göldəki suyun tərkibində turşu mədəni drenajı içərisindəki ağır metalların ola biləcəyinə diqqəti yönəldən Karababa deyib: “Bu, metallar öz xarakterinə görə, zamanla xərçəngin müxtəlif növlərinə, böyrək narahatlıqlarına, dəri xəstəliklərinə və anomal doğuşlara səbəb olur”.(Sputnik)

Həmçinin oxuyun

ATV-nin prezidentindən İlkin Xəlilovla bağlı açıqlama

“Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının (ATV) prezidenti Azər Xəlilov   sosial şəbəkələrdə telekanalın jurnalisti İlkin …

Bir cavab yazın