Ana səhifə / Media / “Qızlarımız pula görə əcnəbilərlə evlənir” – Komitə sədri

“Qızlarımız pula görə əcnəbilərlə evlənir” – Komitə sədri

“Azərbaycanlı qadın və kişilərin əcnəbilərlə bağladığı nikahlar çox zaman uğurlu olmur”.

Bunu AzVision.az-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyyə Naxçıvanlı deyib.

Komitə sədri hesab edir ki, əcnəbilərlə evlənən insanları bir neçə qrupa bölmək olar: “Qadın və kişilərin ilk məhəbətlərinin uğursuz olması onların əcnəbilərlə ailə qurmasının birinci səbəbidir. İkincisi, onların çoxusu qeyri-rəsmi və rəsmi nikahda olub, boşanan insanlardır. Biz bunu bir dəfə müşahidə etmişik. Üçüncü qrup insanlar, əsasən ətrafda olan şəxslərə etibarını itirənlərdir. Digərləri isə kiminsə acığına və kiməsə nəsə sübut etmək adına əcnəbilərlə ailə qurur. Eyni zamanda əcnəbilərlə nikaha xarici ölkəyə getmək həvəsində olanlar da can atır.

Onlar başqa ölkələr haqqında yanlış təsəvvürdə olurlar. Düşünürlər ki, bir düyməni basmaqla hər şey həll olunur. Evdə yemək bişirmirik, təmizləmirik, kafelərdə yeyib içirik. Bir qrup insan maliyyə durumuna görə əcnəbilərlə evlənir. Fikirləşirlər ki, xaricdə olan biznesmendir, varlı həyatı var və burada qaynana, qaynata yanında qalmaqdansa, xaricdə yaşamaq yaxşıdır.

Sonuncu qrup insanlar xaricdə oxuyanlardır, bunlar əsasən gənclərdir. Oxuduqları müddətdə orada kiminləsə tanış olur və ailə qurur”.

Komitə sədri qeyd edib ki, əcnəbilərlə evlənənlərin çoxu xoşbəxt olmur: “Əncəbi kişilər bizim qadınları daha çox evdar və uşaqsevən hesab edirlər. Əcnəbi qadınlar da bizim kişilərə ailəcanlı, uşaqsevən gözü ilə baxırlar. Bu cür nikahlar əksər hallarda uğursuz olur. Kimsə tab gətirib, uyğunlaşa bilirsə, böyük şeydir”.

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın