Bazar ertəsi , Dekabr 4 2023
Ana səhifə / Media / “Qızıl qələm” mükafatının verilməsi dayandırıldı

“Qızıl qələm” mükafatının verilməsi dayandırıldı

“Qızıl qələm” mükafatının verilməsi dayandırılıb. 

Bununla bağlı Mətbuat Şurası məlumat yayıb.Bildirilib ki, vaxtilə cəmiyyətdə müəyyən nüfuz qazanmış, dəyərli qələm adamlarına verilmiş, Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı adlanan qurumun təsis etdiyi “Qızıl qələm” mükafatı son illər jurnalistikadan uzaq insanlara təqdim olunmaqla öz etibarını itirmiş, cəmiyyətdə haqlı narazılığa səbəb olub.

Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin sədri Çingiz Qurbanoğlu da Azərbaycan Mətbuat Şurasına müraciət ünvanlayıb, MŞ-nin tövsiyələrini nəzərə alaraq, KİVİHİ Rəyasət Heyətinin qərarı ilə bu mükafatların təqdimatını dayandırdığımızı bildirib

Həmçinin oxuyun

AzTV Ermənistanı təşvişə salacaq kadrlar yaydı – Video

Qərbi Azərbaycandan eksklüziv görüntülər yayılıb. Bu barədə Azərbaycan Televiziyası (AzTV) Ermənistanı təşvişə salacaq kadrlar əldə edib. Görüntülərdə İrəvanda …