Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Qızı üçün Naxçıvandan Bakıya gələn ata: “15 min manata onu xilas etmək olar” – FOTOLAR

Qızı üçün Naxçıvandan Bakıya gələn ata: “15 min manata onu xilas etmək olar” – FOTOLAR

Naxçıvandan Bakıya bir ümid üçün üz tutan ailənin acı hekayəsi…

Muxtar respublikada normal həyat sürən, xoşbəxt ailə olaraq həyatlarına davam edən Zeyniyevlər bir müddət sonra başlarına gələcək hadisədən xəbərsiz idilər.

Günlərin birində ailənin 3 yaşlı qızı olan Türkanə qızılca xəstəliyi keçirir. Bədən temperaturu getdikcə yüksəldiyi üçün evə təcili yardım çağırılır və həmin gündən etibarən ailənin üzü gülmür.

Qızdırması yüksək olduğu üçün həkimlər 3 yaşlı qıza iynə vurublar ki, temperaturu aşağı düşsün. Səhv vurulan iynə 3 yaşlı Türkanəni yeriməkdən məhrum edir. Onun zamanla bütün bədən funksiyaları dayanır. Ayaqları tutulur, əlləri işləmir, yatağa məhkum olur.

Yanlış iynənin fəsadları özünü gec büruzə verdiyi üçün ailə artıq heç nəyi sübuta yetirmək mümkün olmur. Müxtəlif həkimlərə müraciət edilir, heç biri düzgün diaqnoz verə bilmir. Sonda Türkiyədəki həkimlərin sayəsində məlum olur ki, Türkanə distoniya xəstəliyinə tutulub. Xəstəliyin yaranma səbəbi isə ona vurulan səhv iynədir.

Qızının müalicəsi üçün uyğun xəstəxanalar və mərkəzlər Bakıda olduğuna görə, Naxçıvanda müəllim işləyən Məsud Zeyniyev qızına görə işdən ayrılıb, Bakıya gəlməli olur. Çarəsiz ata bütün gücünü sərf edib, qızını bir neçə ölkəyə də aparıb. Orada həkimlər deyiblər ki, 1 il müddətində müalicə olunmalıdır. Əgər bu müalicə düzgün aparılarsa, qızlarını yenidən ayağa qaldırmaq mümkün olacaq.

Türkanənin artıq 22 yaşı var. Bu illər ərzində ailə getdikcə daha da kasıblaşıb. Çünki müalicə məsrəflərini qarşılamaq Zeyniyevlər üçün asan deyil. Hazırda ailə Sumqayıt şəhəri, 4-cü mikrorayon, 29/20 A, mənzil 36-da kirayəçi olaraq yaşayırlar.

M.Zeyniyev deyir ki, qızının həyatını 10-15 min manatla xilas etmək olar: “Ümid klinikasında yunan həkim var. O dedi ki, Türkanə bir il ərzində mərhələli formada müalicə edilməlidir. Bunun üçün də 10-15 min manat arasında pul lazımdır. Mənim isə ona gücüm çatmır. Burada kirayə qalırıq. Hər gün qızımı müalicəvi masaj üçün mərkəzə aparıram. Hər masaja görə də 40 manat ödəyirəm. Saat 3-4-dən sonra qızımı gətirib evə qoyuram. Bu saatdan sonra da iş tapmaq çətin olur. Fəhləlik edirəm, iş olanda 3-5 manat çörək pulu çıxır. Dostlarımın etdikləri köməkliklər olmasa…

Masaja ara vermək olmaz. Ara verəndə ağrıları olur, gecələr yata bilmir. Elə olur ki, səhərə qədər başının üstündə dayanırıq. Sadəcə masajla iş bitmir. Həkim Yaponiya istehsalı olan bir dərman yazıb. 350 manat qiyməti var. Onu Azərbaycanda tapmaq olmur. Rusiyada olan dostlarıma da demişəm, onlar da orada axtarırlar. Həmin dərman qızımın beyninin normala qayıtması üçün vacibdir”.

22 yaşlı Türkanəni xilas etmək üçün 15 min manat pul lazımdır. Bu məbləği isə dövlətimiz çox rahat şəkildə ödəyə bilər. İş adamları üçün də bu məbləğ elə də böyük deyil. Bir insan həyatını xilas etmək üçün ödəniləcək heç bir məbləğ çox sayıla bilməz.

Ailəyə maddi yardım etmək istəyənlər üçün bank hesab nömrəsi:
AZ66IBAZ33801019445847902213 MƏSUD ZEYNİYEV İNFİL OĞLU
Azərbaycan Beynəlxalq Bankı Sumqayıt filialı

musavat.com

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın