Bazar , Yanvar 24 2021
Ana səhifə / Media / Qızı tərəfindən uçurumdan atılan ana: “Zarafatlaşırdıq” – VİDEO

Qızı tərəfindən uçurumdan atılan ana: “Zarafatlaşırdıq” – VİDEO

İsmayıllıda dəhşətli ailə faciəsi baş verib. Belə ki, ana və qızı arasında baş verən dava qanla nəticələnib. Dəhşətli hadisə bu gün səhər saatlarında rayonun Qalacıq kəndində qeydə alınıb. Kənd sakini, 18 yaşlı Həmzəyeva Gülzadə Callad qızı ailə münaqişəsi zəminində anası, 1954-cü il təvəllüdlü Həmzəyeva Şükufə Polad qızını çaya atıb.

Şahidlərin sözlərinə görə, qoz yığmağa gedərkən ana və qızı arasında mübahisə yaranıb. Anasını itələyərək çaya aşıran qız onu köməksiz vəziyyətdə qoyaraq evə qayıdıb. Təxminən 5-6 metr hündürlükdən daşlı və kol-koslu çay yatağına yıxılan 64 yaşlı qadını ölümdən qonşular xilas ediblər. Baş və bədənin müxtəlif nahiyələrindən əzik, çapıq və sınıq xəsarətləri alan Şükufə Həmzəyeva təcili olaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Gülzadə Həmzəyeva ruhi xəstədir və Bakıda bir müddət müalicə olunub. Lakin müalicənin heç bir faydası olmayıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Həmzəyeva Şükufə (Zərərçəkən, ana): “Dəlixanadan çıxan uşaqdır. Narahatdır. Zaratlaşırdı, birdən itələdi. Yıxıldım”.

Həmçinin oxuyun

Əli Həsənovun jurnalisti şantaj etməsinə reaksiya: “Görün, qafası dünən necəymiş…“

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun adı ətrafında növbəti dəfə qalmaqal yaranıb. Belə ki, Həsənov bu …

Bir cavab yazın