Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Media / Qış başa çatıb, amma istilk pulu yığılır – Video

Qış başa çatıb, amma istilk pulu yığılır – Video

Havaların isinməsinə baxmayaraq, hələ də sakinlərdən istilik pulu alınır. Halbuki iki aya yaxındır ki, rəsmi olaraq istilik mövsümu başa çatıb.

“ Azinforum.az ” Xezerxeber.az-a istinadən məlumat verir ki, söhbət paytaxtın Nərimanov rayonu Səməd Vurğun küçəsi 138 ünvanındakı hündürmərtəbəli binadan gedir. Aprel ayının 15-də istilik mövsümü başa çatsa da, sakinlərindən bu xidmətə görə pul tələb edirlər. Sözügedən ünvanda yaşayanlar deyir ki, əvvəllər evin bir kvadratmetr sahəsinə görə 56 qəpik ödəniş ediblər. Bir il müddətində 200 ailənin yaşadığı binada komunal ödənişləri yığan, ”Xəzər Servis” MMM əməkdaşları əvvəlcə bir qiymət, daha sonra isə başqa bir məbləğ tələb ediblər. Hətta bununla bağlı binanın girişinə və liftə də məlumat yazıb vurublar.

Sakinllər iddia edir ki, şirkət əməkdaşları onlara kabel televizyasının ödənişində də artıq məbləğ tələb edir. Hətta iki dəfəyə qədər artıq olduğunu belə deyənlər var.

Sakinlərin sözlərinə görə, dəfələrlə həmin ”Xəzər Servis” MMM-ə bununla bağlı narazılıq ediblər. Hətta məsələ ilə bağlı rayon icra hakimiyyətinə belə yazlı şəkildə məlumat veriblər.

Binanın komendantı Əsgər Ağayev bildirib ki, qiymətlər sakinlərin dediyi kimi artmayıb. Müəyyən qədər artım da bəzi xərclərin çoxalması ilə əlaqədardır.

Ekspertlər isə burda çıxış yolu kimi tövsiyə edirlər ki, sakinlər Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini təsis etsinlər. Belə olduqda qanunla ödəniləcək məbləği həmin cəmiyyət yığacaq.

Həmçinin oxuyun

Yazıq jurnalist nədən və kimdən yazsın?..

Azərbaycan cəmiyyətində çox zərərli tendensiya formalaşıb. Heç kim tənqid olunmaq istəmir. Məsələ burasındadır ki, tənqidə …

Bir cavab yazın