Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Media / Qazaxda 5 ailə mühasirəyə düşdü – Gözlər icra başçısında...

Qazaxda 5 ailə mühasirəyə düşdü – Gözlər icra başçısında...

Qazaxda Milli Qəhrəman Şamoy Cobanov kucəsindəki 5 nömrəli unvanda yasayan sakinlər onsuz da sosial problemlerin məngənəsində boğulurdu. Çirkab suların axıdılması xəttinin olmaması, qurunt sularının evlərin zirzəmilərinə dolması, 40-50 ildir təmirsiz və kohnə evlərinin dam ortuklərinin çürüyüb uçmaq təhlükəsində qalması demək olar sakinlərin gününü göy əskiyə büküb. Bunlar azmış kimi 5 ailə indi dünyanın düz vaxtında tamamilə mühasirəyə düşüb, yolsuz, izsiz qalıblar…
Moderator.az – ın Qazax müxbiri bildirir ki, Şamoy Cobanov küçəsinin qanuni yolu Səməd Vurğun küçəsindən ayrılıb və zaman keçdikcə  burda yaşayan imkanlı və vəzifəli məmurlar yolu bağlayaraq keçid üçün balaca bir cığır saxlayıb. Milli qəhrəmanın adını daşıyan küçənin sakinləri haray çəksə də nə onların şivəni eşidilib, nə də Milli Qəhrəmanın adına hörmət göstərilib. Çıxış yolu kimi o vaxtlar icra başçısı işləyən Rauf Hüseynov əhaliyə evlərə bitişik 1 nömrəli məktəbin həyətindən istifadəni məsləhət görüb.
İndi Rauf Hüseynov icra başçısı deyil. Məktəb isə öz ərazisini hasara salıb. Əhalinin qara günləri yenidən başlayıb. 1 nömrəli məktəbin direktoru Bəsti Ələkbərova bunun məktəbin təhlükəsizliyi baxımından edildiyini deyir. Buna kimsənin sözü ola bilməz. Bəs 25 nəfərin və 5 ailənin taleyi niyə səlahiyyətliləri narahat etmir? İnsanlar evlərinin ağır əşyalarını 300 – 400 metr məsafədən necə daşısın? Hər hansı fövqəladə vəziyyət yaranarsa texnika burdakı əhalinin köməyinə necə çatsın?
Qazax rayon Icra hakimyyəti basçısının Qazax şəhər Inzibati Ərazi Dairəsinin nümayəndəsi Akif Vəliyev qarşı tərəf olaraq deyib ki, məktəbin həyətindən fövqəladə hallar uçun isdifadəyə icazə almağa çalışırıq. Amma sizə daimi yol açmaq mənlik deyil.
Əhalini isə bu cavab qane etmir. Onlar yol istəyir və səbrsizliklə yollarını zəbt edənlərin cəzalandırılmasını, ən başlıcası vətəndə mühasirədən azad olmağı istəyirlər.

Həmçinin oxuyun

Erməni jurnalist: “Nəinki döyüşdə, informasiya müharibəsində Azərbaycana uduzduq”

Ermənistanın “5-ci” televiziya kanalının icraçı direktoru Arutyun Arutyunyan nəinki döyüşdə, informasiya müharibəsində Azərbaycana uduzduqlarını bildirib. …

Bir cavab yazın