Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Media / Qarlı havanın yollarda yaratdığı vəziyyətlə əlaqədar qərargah formalaşdırılıb

Qarlı havanın yollarda yaratdığı vəziyyətlə əlaqədar qərargah formalaşdırılıb

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (BŞBPİ DYPİ) qarlı və çovğunlu hava şəraiti ilə əlaqədar sürücülərə xəbardarlıq edib.
DYP-nin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov “Report”a bildirib ki, hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar paytaxt sakinlərinə mümkün qədər ictimai nəqliyyat vasitələrinə üstünlük vermələri tövsiyə olunur.
O vurğulayıb ki, sürücülər avtomobillərini tam saz vəziyyətə gətirib idarə etməlidir: “Yəni şinlərin hava təzyiqi normasında olmalı, təkər şinləri mövsümə uyğun olmalıdır. Bundan başqa, sürücülər sürət həddini minumum seçməli, avtomobillərlə ara məsafəsi maksimum saxlanılmalıdır. Avtomobilin hərəkəti və dayandırılması sürətlər qutusunun hesabına aparılmalıdır. Hava şəraiti və yolda sürüşmə yarandığı təqdirdə yol-nəqliyyat hadisəsi baş verərsə, bu qəzanı törədən sürücünü məsuliyyətdən azad etmir. Həmin sürücülərə inzibati protokol tərtib ediləcək. Eyni zamanda, sürücülər dövlət qeydiyyat nömrəsini, o cümlədən ön və arxa işıqlarının görünməsini təmin etmədikdə məsuliyyətə cəlb ediləcək”.
Onun sözlərinə görə, piyadalar da hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar ehtiyatlı olmalıdır. “Qarlı havada da piyadalar nəzərdə tutulan keçidlərdən istifadə etməlidirlər. Qartopu oynamaq istəyən uşaqlar yola çıxmamalıdır. Onlar qapalı şəraitdə valideyn nəzarəti altında qartopu oynaya bilərlər” .
Bundan başqa, yolların qarla örtülüb buz bağlanması ehtimalına görə, DYP, “Azəravtoyol” ASC və Bakı Şəhər İcra Hakimiyyəti birgə qərargah yaradıb. Qərargah “Azəravtoyol”un qış qarajında təşkil edilib. Burada işçilər üç növbəli iş prinsipi əsasında fəaliyyət göstərəcək.

Həmçinin oxuyun

Yazıq jurnalist nədən və kimdən yazsın?..

Azərbaycan cəmiyyətində çox zərərli tendensiya formalaşıb. Heç kim tənqid olunmaq istəmir. Məsələ burasındadır ki, tənqidə …

Bir cavab yazın