Ana səhifə / Media / Qarlı havada nə edək? – Yorğan, xaş, yoxsa sevgilimiz?

Qarlı havada nə edək? – Yorğan, xaş, yoxsa sevgilimiz?

Xeyli insan qarı sevsə də, belə havalarda evdə oturmaqdan bezən və ya işə getməyə ərinənlər də az deyil.

Bu səbəbdən “Qafqazinfo” soyuq hava şəraitini sevməyənlər üçün qarlı havada nə ediləcəyi ilə bağlı kiçik bir yazı hazırlayıb:

Filmə baxmaq və ya kitab oxumaq

İlk olaraq ağlımıza qışın əvəzedilməzi olan yorğan altında yatmaq gəlsə də, günün yarısından sonra insan maraqlı nələrsə etmək istəyir. Bol olmasa da, kifayət qədər seçim şansınız var. Məsələn, həmin günü şəxsi inkişafınıza ayırıb kitab oxuya və yaxud filmə baxa bilərsiniz.

Budəfəki naharınız xüsusi olsun

Çox vaxt işə və yaxud dərsə gedən zaman etinasız yanaşdığınız səhər yeməyinizi bu dəfə pəncərədən görünən qara baxaraq daha iştahla yeyə bilərsiniz. Bu zaman kulinar bacarıqlarınız da köməyinizə gələcək. Qayğanağınızın kənarını büküb, pendiri şaquli düzüb, bir iki göyərtidən istifadə edərək və yaxud bir iki minimal toxunuşlarla hər zaman sevərək izlədiyiniz nahar süfrənizi hazırlaya bilərsiniz.

İsti kofe və xəyallar

İnsanlar adətən hava soyuyan zaman pərdələri bərk çəkib oturmağa üstünlük verirlər. Ancaq pərdələri tam açraq qarşısında isti kofe içmək soyuq qış günündə içinizi isidəcək. Bu zaman havada uçuşan qar dənəciklərinə baxıb dərin xəyallara dalacağınıza zəmanət verilik.

Xəngəl, xaş və əriştə

Yox əgər havaya baxıb naharınızı hazırlamağa enerjiniz yoxdursa, onda soyuq havaların dərmanı olan milli mətbəximiz, xüsusilə də, xəmir xörəklərimiz köməyə çatacaq. Paytaxtın kafe-restoranlarında 1 manat 50 qəpiyə də düşbərə, yaxud əriştə yeyə biləcəyimizi nəzərə alsaq, soyuq hava cibimizi elə də dondurmayacaq.

Dost-tanışın qapısını döymək

Soyuq havalarda əksər hallarda eyni ərazidə yaşayan dost-tanış bir mənzildə toplaşır. Əsasən ev sahibi tərəfindən isti çay və ya kofe süzülür, qonaqlar keçmiş günlərdən danışmağa başlayır.

Baş-başa…

Belə havalarda bəzi şəxslər çoxluq sevmir. Onlar öz sevgilisi, həyat yoldaşı ilə bərabər vaxt keçirməyə üstünlük verirlər, romantik anlar yaşayırlar. Hətta psixoloqlar da qarlı havada sevgi və ehtiras hisslərinin daha da gücləndiyini vurğulayırlar.

Gəzinti

Nə qədər ki, yollar buz bağlamayıb, şaxta iliklərə kimi işləmir, onda uçuşan qarların altında gəzmək yaxşı fikirdir. Ancaq gəzmək üçün seçdiyiniz yol yoldaşınızı və məkanı doğru seçməyə çalışın. Soyuğa dözümü olmayan şəxs sizi qısa məsafədən sonra geri qaytara bilər. Paytaxtda əksər parkların mərmərlə örtüldüyünü nəzərə alsaq, qarlı havalarda gəzmək təhlükəli ola bilər.

Uşaqlığa geri dönmək

Ağır iş gününün sonunda dostlarla oynanılan qar topu sizi bir müddətlik uşaqlığınıza aparacaq.

Bonus

Son olaraq qarlı qış günündə açıq havada işləmək məcburiyyətində olanları unutmayaq. Hərdən onların adi bir gülümsəməsi içimizi yuxarıda sadaladığımız nüanslardan daha çox isidir, onlarla söhbətən isə ayrı bir ləzzət alırıq.

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın