Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Qarın fəsadları: Cəlilabadda elektrik və kənd təsərrüfatına ziyan dəyib, sürüşmə artıb

Qarın fəsadları: Cəlilabadda elektrik və kənd təsərrüfatına ziyan dəyib, sürüşmə artıb

Son iki gündə düşən qar Cəlilabad rayonunun dağlıq kəndlərində bir sıra fəsadlara yol açıb. Azadinform xəbər verir ki, rayonun Şatırlı, Buravar, Badamağac, Cəngan və Ləkin kəndlərində fərdi təsərrüfatlara daha çox ziyan dəyib.
Bağlardakı əksər meyvə ağacları qarın ağırlığına tab gətirməyərək qırılıb. Yetişmiş meyvələri isə şaxta vurub.
Sürətlə əriyən qar sularının əkin sahələrinə dolması hektarlarla sahəni su altında qoyub. Bəzi ərazilərdə isə iri miqyaslı torpaq sürüşməsi baş verib.
Kəndlərin elektrik təsərrüfatına da ziyan dəyib. Elektik və rabitə dirəklərinin aşması kəndlərdə ernerji və rabitənin kəsilməsinə səbəb olub. Hazırda müvafiq qurumlar tərəfindən ərazidəki fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.
Qeyd edək ki, qarın yağması rayonun ən çox Şatırlı və Buravar kəndlərində fəsadlara yol açıb. Sözügedən ərazidə qarın qalınlığı hazırda 60-70 sm-ə çatır. (Azadinform)

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın