Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Qardan sonra yollarda vəziyyət necədir? – VİDEO

Qardan sonra yollarda vəziyyət necədir? – VİDEO

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq “Azəravtoyol” ASC-i Bakı şəhərində balansında olduğu küçə və prospektlərə, o cümlədən respublikanın avtomobil yollarına qarın təmizlənməsi və buzlaşmanın qarşısını almaq üçün kifayət qədər maşın-mexanizm və texnika çıxarıb.

ASC-nin mətbuat katibliyindən verilən məlumata görə, qar təmizləyən və qumsəpən texnikalar avtonəqliyyat vasitələrinin hərəkətində problem müşahidə olunan ərazilərə cəlb edilib. Qısa müddətdə həmin yollarda qarın təmizlənməsi və duz-qum qarışığının səpilməsi işləri həyata keçirilib. Nəticədə hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunub.

“Azəravtoyol” ASC-yə məxsus maşın-mexanizmlər və canlı qüvvə gecə boyu qarın ən çox yağdığı və buzlaşmanın olduğu ərazilərdə vəziyyətə nəzarət edib, hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədi ilə gecə və səhər saatlarında buzlaşma baş verən yollara qum-duz qarışığı səpilib.

Qeyd edək ki, gecə boyu Bakı şəhərinin küçə və prospektlərində, həmçinin respublikanın avtomobil yollarında həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində avtonəqliyyat vasitələrinin hərəkətində hər hansı bir problem müşahidə olunmayıb. Hazırda da yollarda vəziyyət normaldır.

Ancaq yenə də yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi istiqamətində atılan addımlara baxmayaraq nasaz, şinləri mövsümə uyğun olmayan, şinlərin protektorları yeyilmiş və təcrübəsiz sürücülər tərəfindən idarə olunan avtonəqliyyat vasitələrinin hərəkətində problemlərin olması qaçılmazdır. Həmçinin bu cür sürücülər digər hərəkət iştirakçılarının da hərəkətinə mane olmaqla, yollarda tıxacların yaranmasına gətirib çıxarırlar. Bu üzdən hazırlıqsız sürücülərin yollara çıxması məsləhət görülmür.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın