Bazar ertəsi , Aprel 19 2021
Ana səhifə / Media / Qarabağda radioyayım lisenziyasını kim qazanacaq? – 7 şirkət müsabiqəyə qatılıb

Qarabağda radioyayım lisenziyasını kim qazanacaq? – 7 şirkət müsabiqəyə qatılıb

Bir ay öncə Milli Televiziya və Radio Şurası (MTRŞ) Qarabağ və ətraf ərazilərdə regional radio kanalının açılması üçün 102,7 MHs tezliyə müsabiqə еlan edib. 

Qurum bu gün müsabiqəyə sənəd qəbulunun başa çatdığını və 7 şirkətin sənəd təqdim etdiyini açıqlayıb:

1. “Real Təhlil İnformasiya Mərkəzi” MMC;

2. “Caspian İnternational Broadcasting Company” MMC;

3. “Balans Studiyası” MMC;

4. “İNS ÇM” MMC;

5. “İsti Press” MMC;

6. “Azad Azərbaycan” Müstəqil Teleradio kompaniyası;

7. “ARB 24” MMC.

Qurum 30 gün ərzində iddiaçıların sənədlərini araşdırıb müsabiqənin nəticələri barədə qərar qəbul etməlidir.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) Dövlət Radiotezliiklər İdarəsi tərəfindən yeni yayım tezlikləri istifadəyə veriləndən sonra MTRŞ Qarabağ zonasında indiyədək açıq paketdə olan TV kanalların və 11 ümumölkə radio kanalının yayımını təşkil edib:

“Yayım məqsədilə NRYTN-in “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi tərəfindən Şuşa şəhərində və Xocavənd rayonunun Hadrut qəsəbəsində Radio Televiziya Yayım Stansiyaları işə salınıb.

Ötən il həmçinin MTRŞ CBC TV kanalına Qarabağ regionunda yerüstü yayımın təşkil üçün regional lisenziya verib”.

Həmçinin oxuyun

Tanınmış jurnalistlərə vəzifə verildi

Yeni yaradılmış Medianın İnkişafı Agentliyində tanınmış jurnalistlərə vəzifə verilib. “Qafqazinfo” xəbər verir ki, keçmiş ANS-çi Rüstəm …