Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Qar yağdı, Bakı sakinləri yolda qaldı – Taksilər qiymətləri artırdı – FOTOLAR

Qar yağdı, Bakı sakinləri yolda qaldı – Taksilər qiymətləri artırdı – FOTOLAR

Bakıya yağan qar ictimai nəqliyyatda problemlərə səbəb olub. Musavat.com xəbər verir ki, Bakının ucqarlarında avtobusların hərəkəti dayanıb, sakinlər yollarda qalıb.
Yeni Yasamal-2 yaşayış massivinə işləyən yeganə ictimai nəqliyyat vasitəsi – 77 saylı xətt marşrutu üzrə avtobuslar hərəkət etmir. Sərnişinlər “İnşaatçılar” metro stansiyasına çatmaq üçün ya bir neçə kilometrlik yolu piyada getməli olur, ya da hərəyə 1 manat ödəməklə taksidən istifadə etməli olurlar. Bu dəqiqələrdə dayanacaqlarda xeyli sayda sərnişin dayanıb və ümidlə avtobus gözləyir.
Qeyd edək ki, Yeni Yasamal qəsəbəsinə ötən gündən qar yağır. Əsəd Əhmədov küçəsinin qardan təmizlənməməsi eniş və yoxuşlarda nəqliyyatın hərəkətində problem yaranıb. Əksər fərdi nəqliyyat vasitələri də Əsəd Əhmədov küçəsi ilə hərəkət edə bilmir, tez-tez yol qəzaları baş verir.



Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın