Şənbə , Avqust 24 2019
Ana səhifə / Media / Qar yağacaq, yollar buz bağlayacaq – Nazirlikdən xəbərdarlıq

Qar yağacaq, yollar buz bağlayacaq – Nazirlikdən xəbərdarlıq

Bakı və Abşeron yarımadasında fevralın 16-da gün ərzində havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Qafqazinfp”ya verilən məlumata görə, havanın temperaturunun gecə 1° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti, Bakıda gecə 1°-dək isti, gündüz 3-5° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90% təşkil edəcək.

Xəbərdarlıq:

Fevralın 16-sı gündüzdən 17-si axşamadək Bakı və Abşeron yarımadasında hava şəraitinin yenidən qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin arabir güclənəcəyi, bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 4° şaxtadan 1°-dək isti, gündüz 2-7° isti, dağlarda gecə 7-12°, gündüz 0-5° şaxta olacağı gözlənilir.

Fevralın 16-sı gündüz, 17-də ölkə ərazisində hava şəraitinin yenidən qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Həmçinin oxuyun

Araşdırmaçı jurnalistlər üçün “Təhlükəsiz tədqiqat” seminarı keçirilib (FOTO)

Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqı (JuHİ) 19-20 avqust 2019-cu il tarixlərində Bakıda araşdırmaçı jurnalistlər üçün “Təhlükəsiz …

Bir cavab yazın