Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Qar sürücülərə çətin anlar yaşatdı – VİDEO

Qar sürücülərə çətin anlar yaşatdı – VİDEO

Hava şəraitinin kəskin dəyişməsi Şamaxını qarın əsirinə çevirib. Bu ərazidən keçən magistral yollar buz bağlayıb, bir neçə kəndə gediş – gəlişdə problemlər yaşanıb. 
ARB Şəki xəbər verir ki, bəziləri qar-buz səbəbi ilə yolda qalıb. Əsas magistrallarda axşam saatlarında vəziyyətin təhlükəli hal alacağı ehtimal olunur. Odur ki, bu yoldan istifadə etməli olan sürücülər diqqətli və ehtiyyatlı olun!
Bakı-Şamaxı – İsmayıllı magistralı, Şamaxı-Ağsu dolayları qar və şaxtalı hava səbəbindən buz bağladı. Magistrallarda səhər saatlarında yaranan buzlaşma yol idarəsinin köməkliyi ilə aradan qaldırılıb. Yolda avtomobillərin hərəkətində hələlik hər hansı bir problem yaşanmayıb. Axşam saatlarında şaxtalı hava səbəbindən yollar buz bağlayacaq. DYP idarəsi isə təhlükəli vəziyyətlə əlaqədar sürücülərə xəbərdarlıq edib. Qarın əsas çətinlik yaratdığı Şamaxı-Pirqulu yolu isə sürücülər üçün keçilməz olub. Sözügedən yolda səhər saatlarından buzlaşma müşahidə olunub. Yola qum duz qarışığı tökülsə də təkrar şaxtalı hava yolda buzlaşmaya səbəb olub.
Hazırda Qaleybuğurd, Dəmirçi, Zarat, Pirbəhli və Qızmeydan kəndlərinə gedən yolda buzlaşma səbəbindən hərəkətə qısa fasilələrlə məhdudiyyət qoyulub. Nağarxana kəndindən bəzi sürücülər geri qayıtmaq məcburiyyətində qalıb. Dağlıq kəndlərə 30-40 santimetr qar yağıb. Hazırda kənd yollarının bağlanmaması üçün yola qum-duz qarışığı səpilir. Şaxtalı havanın davam edəcəyi proqnozlaşdırılır.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın