Bazar , Oktyabr 25 2020
Ana səhifə / Media / Qar hərəkəti çətinləşdirdi, avtomobillər yolda qaldı – VİDEO

Qar hərəkəti çətinləşdirdi, avtomobillər yolda qaldı – VİDEO

Qar nə qədər gözəl olsa da, yağmasıyla problemlər yenidən baş qaldırır. Qarın yenidən yağması magistral yollarda çətinliklərə səbəb olub. 
ARB Şəki xəbər verir ki, Gecə saatlarında İsmayıllı -Muğanlı yolu bağlanıb. Havanın dumanlı olması vəziyyəti bir az da gərginləşdirib.
Gecə saatlarında İsmayıllı rayonuna 20 sm, dağlıq ərazidə yerləşən ucqar kəndlərə isə 25 sm. hündürlüyündə qar yağıb. İsmayıllı-Lahıc yolunda da nəqliyyatın hərəkətində problemlər yaranıb. Ağırtonnajlı yük maşınları, sərnişindaşıyan mikroavtobuslar və mövsümə hazır olmayan avtomobillərin hərəkəti dayandırılıb. Artıq səhər saatlarından başlayaraq Rayon 7 saylı Yol İstismar İdarəsinin canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub. Yollar qardan təmizlənir və nəqliyyatın hərəkəti bərpa olunub. Bəzi ucqar dağ kəndlərinə gecə saatlarında elektrik verilişi dayanıb.

Həmçinin oxuyun

Sosial şəbəkə istifadəçilərinə və KİV nümayəndələrinə XƏBƏRDARLIQ

2020-ci il sentyabrın 27-dən başlayaraq cəbhənin bütün istiqamətlərində Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatlarını davam etdirərək …

Bir cavab yazın