Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Media / “Qapını döymədən” evə girənlər cərimə olunacaq

“Qapını döymədən” evə girənlər cərimə olunacaq

Azərbaycanda mənzil toxunulmazlığının pozulmasına görə cərimələrin məbləği artırılır.

“ Azinforum.az ” Trend-ə istinadən xəbər verir ki, Cinayət Məcəlləsinə dəyişikliyi nəzərdə tutan yeni layihəyə görə, qanunla müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olmaya görə cərimələrin miqdarı 1000 manatdan 2000 manatadək artırılır.

Hazırda isə bu cərimələrin məbləği 100 manatdan 500 manatadəkdir.

Hüquqi şəxslərin binalarının (otaqlarının) toxunulmazlığını pozmaya görə 100 manatdan 500 manatadək olan cərimələrin də məbləği 1000 manatdan 2000 manatadək artırılır.

Qeyd edək ki, bu dəyişiklik Milli Məclisin aprelin 25-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın